Aİ və Azərbaycan investisiyaların artırılması və yeni iş yerlərinin yaradılması üçün əməkdaşlığı gücləndirir
Dekabr 9, 2022

Aİ və Azərbaycan investisiyaların artırılması və yeni iş yerlərinin yaradılması üçün əməkdaşlığı gücləndirir


Dekabrın 7-də Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlıq çərçivəsində Aİ-nin İqtisadi və İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Bu yeni əlaqələndirici orqan Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), o cümlədən Aİ-yə üzv dövlətlərin maliyyə inkişaf institutları tərəfindən dəstəklənəcək prioritet investisiyaları müəyyənləşdirəcək və istiqamətləndirəcək. Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin mətbuat üçün açıqlamasına əsasən, bununla da Azərbaycan üzrə İqtisadi və İnvestisiya Planının potensialını maksimum dərəcədə artırmaq mümkün olacaq. Planda blendinq və zəmanət kimi innovativ maliyyə vasitələrindən istifadə etməklə sözügedən ölkəyə 2 milyard avroya qədər maliyyə vəsaitinin cəlb edilməsi nəzərdə tutulub.  

“Belə prioritet investisiyalar Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi, ölkənin hər yerində lazımi iş yerlərinin yaradılması və kənd yerlərinin inklüziv inkişafının təşviqi istiqamətində hökumətin səylərini dəstəkləyəcək”, – Nümayəndəliyin mətbuat üçün açıqlamasında deyilir. 

Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit isə işçi qrupunun yaradılması ilə bağlı bunları deyib: “İqtisadi və İnvestisiya Planı artıq Azərbaycan xalqı üçün gözəçarpan faydalar verir. 90 milyon avroya qədər vəsait ayrılıb və əhəmiyyətli investisiya layihələri həyata keçirilir. Bura Gəncədə küçə işıqlandırmasının yaxşılaşdırılmasına və ölkə daxilində kiçik biznesin maliyyəyə çıxışının dəstəklənməsinə ayrılan investisiyalar daxildir. Birgə işçi qrupumuzun fəaliyyətə başlaması ilə biz Azərbaycan və onun xalqının daha çox faydalanmasını təmin edə bilərik”.  

Adı çəkilən işçi qrupu bərpa olunan enerji, bağlantı, KOB-lar, yaşıl və rəqəmsal texnologiyalara keçidlə bağlı prioritet investisiya layihələrini müəyyən etmək və birgə icra etmək üçün müntəzəm olaraq Avropa Komissiyasının, Azərbaycan hökumətinin və Avropa beynəlxalq maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,