Vətəndaş cəmiyyəti təşkilatları üçün stresin idarə edilməsi mövzusunda təlim kursu keçiriləcək
May 24, 2023

Vətəndaş cəmiyyəti təşkilatları üçün stresin idarə edilməsi mövzusunda təlim kursu keçiriləcək


Aİ tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı İcma İnkişafı Platforması (CDP) ilə əməkdaşlıq çərçivəsində 2023-cü il iyul-noyabr ayları arasında stresin idarə edilməsinə dair onlayn kurs təşkil edir. 

Kurs bir neçə ay davam edəcək və canlı seminarlar, video dərslər, fərdi koaçinq və ev tapşırıqlarından ibarət olacaq. İştirakçıların gələcəkdə stresin idarə edilməsinə dair dəstək proqramı həyata keçirə bilmələri üçün kursda təlimçilər üçün təlim də təşkil olunacaq.

Sözügedən kurs Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) vətəndaş cəmiyyəti təşkilatlarında çalışan vətəndaş cəmiyyəti liderləri, layihə rəhbərləri və könüllülər, eləcə də sosial startap liderləri və sosial sahibkarlar və vətəndaş cəmiyyətinin iştirakçılığının təşviqi istiqamətində çalışan şəxslər üçün nəzərdə tutulub.

Onlar stresin idarə edilməsi və ilkin psixoloji yardım ilə bağlı qayda və vasitələri, o cümlədən stresə səbəb olan amilləri, onun simptomlarını və mübarizə üsullarını öyrənəcəklər.

Kurs həftədə bir dəfə Zoom vasitəsilə 20 iştirakçı üçün seminarlar vasitəsilə ingilis dilində keçiriləcək.

Müraciət üçün son tarix iyunun 12-dir.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı Aİ tərəfindən maliyyələşdirilən layihədir və altı Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) vətəndaş cəmiyyəti təşkilatlarının və fəalların rol və potensialının artırılması üçün bu ölkələrlə əməkdaşlıq edir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı

BAĞLANIŞ TARİXİ:

İyun 12, 2023

İMKANIN NÖVÜ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,