EU4Youth: Şərq Tərəfdaşlığı ölkələrində gənclərin məşğulluğunun artırılmasına və sahibkarlığın inkişafına yönəlmiş qrant müsabiqəsi keçirilir – ləğv edildi
Yanvar 25, 2022

EU4Youth: Şərq Tərəfdaşlığı ölkələrində gənclərin məşğulluğunun artırılmasına və sahibkarlığın inkişafına yönəlmiş qrant müsabiqəsi keçirilir – ləğv edildi


EU4Youth proqramı bu layihə təklifləri qəbulunu Ukraynadakı müharibə səbəbindən dayandırıb. Daha ətraflı.

Aİ tərəfindən maliyyələşdirilən EU4Youth proqramı gənclərin rəqəmsal bacarıqlarının və yaşıl enerjiyə keçid üzrə bacarıqlarının inkişafına və məhdud imkanlı gəncləri diqqət mərkəzində saxlamaqla gənclərin sahibkarlıq və karyeranın idarə edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş tədbirlər üzrə qrant müsabiqəsi keçirir.

Qrant almaq üçün ərizələr iki istiqamət üzrə təqdim oluna bilər:

  1. Məhdud imkanlı gənclərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, sahibkarlığın təşviqi və müvafiq şəbəkələrin və tərəfdaşlıqların dəstəklənməsi. Qrantların məbləği 250 000-300 000 avro arasında olmalıdır.
  2. Əsas diqqətin yaşıl və rəqəmsal iqtisadiyyat sahəsinə yönəlməsi daxil olmaqla gənclər arasında sosial sahibkarlıq və karyeranın idarə edilməsi üzrə bacarıqların inkişafı və əlaqəli şəbəkələr və tərəfdaşlıqların dəstəklənməsi. Qrantların məbləği 800 000 ilə 1 milyon avro arasında olmalıdır. 

Layihələr minimum üç və maksimum altı təşkilatdan ibarət qrup tərəfindən təqdim edilməlidir: bir aparıcı ərizəçi + minimum iki Şərq Tərəfdaşlığı ölkəsindən minimum iki həmərizəçi (məs, Gürcüstandan olan aparıcı ərizəçi + Ermənistandan olan həmərizəçi + Aİ-dən olan həmərizəçi və ya Ukraynadan aparıcı ərizəçi + Azərbaycandan həmərizəçi + Ukraynadan həmərizəçi).

Təklif olunan istənilən tədbir 18-30 ay ərzində azı üç Şərq Tərəfdaşlığı ölkəsində həyata keçirilməlidir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama  və ərizəçilər üçün təlimatlar

BAĞLANIŞ TARİXİ:

Aprel 14, 2022

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,