Avropa İrs Mükafatları üçün müraciətlərin qəbuluna başlandı!
Avqust 31, 2023

Avropa İrs Mükafatları üçün müraciətlərin qəbuluna başlandı!


Avropa Komissiyası və onun “Yaradıcı Avropa” (Creative Europe) proqramı Avropanın ən nüfuzlu mükafatı olan “Avropa İrs Mükafatları 2024” üçün müraciətlərin qəbuluna başlayıb. Mükafat mədəni irsin qorunması sahəsində həyata keçirilmiş layihələrə təqdim olunur.

Bu il mükafatlar beş kateqoriya üzrə təqdim olunacaq: konservasiya və adaptiv təkrar istifadə; tədqiqat; təhsil, təlim və bacarıqlar; vətəndaşların cəlb edilməsi və maarifləndirilməsi və irs üzrə çempionlar.

Müraciətlər maddi, qeyri-maddi və ya rəqəmsal irsə, istənilən ölçüdə, yerli, Avropa və beynəlxalq irsə aid ola bilər. 

Avropanın hər yerindən 30-a yaxın irs sahəsində əldə olunan nailiyyətlərin mükafatlandırılması gözlənilir. Onlar arasında 5 qalibə 10 000 avro mükafat veriləcək. Eyni məbləğdə mükafat onlayn səsvermə əsasında ictimaiyətin seçdiyi qalibə təqdim olunacaq.

Avropa İrs Mükafatları üçün müraciətlər yalnız “Yaradıcı Avropa” proqramında iştirak edən ölkələrdən və Ermənistan, Gürcüstan və Ukraynadan olan şəxslərə təqdim edilə bilər.

Avropa Şurasının üzvü olan, lakin “Yaradıcı Avropa” proqramında iştirak etməyən ölkələrdən (Azərbaycan, Belarus və Moldova) yalnız “Europa Nostra” Mükafatları üçün müraciət etmək mümkündür. Lakin bu ölkələrdən olan şəxslər əsas mükafata layiq görülə bilməz.

Ərizə ilə müraciət üçün son tarix 13 oktyabrdır.

Europa Nostra aşağıdakı tarixlərdə “Avropa İrs Mükafatları/Europa Nostra Mükafatları-2024 üçün ərizə formasını necə hazırlamaq olar” (eyni mövzuda və eyni məzmunda) mövzusunda iki vebinar keçirəcək:

Vebinarlarda iştirak ödənişsizdir, ancaq qeydiyyat mütləqdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Müraciət forması

BAĞLANIŞ TARİXİ:

Oktyabr 13, 2023


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,