“Trans Europe Halles” adlı ümumavropa şəbəkəsi 1 fevral 2022-ci il tarixindən başlayaraq bir il müddətinə İsveçin Lund şəhərindəki beynəlxalq komandası ilə çalışmaq istəyən könüllü axtarışıdadır. Avropa İttifaqının Həmrəylik Korpusu könüllüləri arasından seçiləcək könüllü Şərq Tərəfdaşlığı ölkələrindən də ola bilər.
1983-cü ildən etibarən sözügedən şəbəkə incəsənət, mədəniyyət və icma üçün sənaye və kommersiya binalarının yenidən qurulması ilə məşğuldur. Şəbəkənin gündəlik fəaliyyətlərində iştirak etmək üçün könüllü olacaq şəxs rəqəmsal media, kommunikasiyalar, incəsənət və mədəniyyət sahələrində maraqlı olmalıdır.
Seçilmiş könüllü yeni təmir edilmiş yaşayış kompleksində yerləşdiriləcək, yerli avtobus və velosiped xidməti üçün kart və cib xərci ilə təmin olunacaq.
Ərizə ilə müraciət üçün son tarix 30 noyabrdır.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,