Qadınlara qarşı zorakılıq barədə məlumatlılığın artırılması: İstanbul Konvensiyasının 13-cü maddəsi

Qadınlara qarşı zorakılıq barədə məlumatlılığın artırılması: İstanbul Konvensiyasının 13-cü maddəsi

İyul 12, 2021

İstanbul Konvensiyasının qadınlara qarşı zorakılığın qarşısının alınması mövzusunda məlumatlılığın artırılmasına həsr olunmuş 13-cü maddəsi (Avropa Şurasının qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyası) Azərbaycan dilinə tərcümə olunub. Bu broşürdə həmçinin bu istiqamətdə görülə biləcək tədbirlər, eyni zamanda həmin tədbirlərin görüldüyü spesifik məzmun nəzərə alınaraq bu sahədə çalışan ekspertlərin cəlb olunması (qadın təşkilatları daxil olmaqla) və onlar üçün kifayət qədər resursların ayrılması kimi məsələlər yer alır.

Broşür Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II proqramının bir hissəsi olaraq həyata keçirdiyi “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartları barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində tərcümə olunub.

Endir




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,