
“Birlikdə Gender Stereotipləri və Gender Əsaslı Zorakılığa Qarşı: Atalıq Proqramları üzrə Məcmuə” valideynlik bacarıqları, ataların qayğı göstərmə münasibətlərinə cəlbi və ailədaxili şiddətin azaldılması sahələrində qabaqcıl təcrübələri təqdim edir.
Vəsait Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birlikdə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində hazırlanıb.
Hazırkı məcmuə zərərli gender normaları ilə mübarizəyə yönələn və kişiləri qayğı işinə və ev təsərrüfatı işlərinin idarə edilməsinə daha çox cəlb olunmağa stimullaşdıran atalıq proqramlarının hazırlanmasında istinad sənədi kimi istifadə edilmək üçün nəzərdə tutulur. Məcmuədə təqdim olunan qısa xülasələr dünyanın müxtəlif yerlərində icra olunan “Atalıq Məktəbi” (Papa School) proqramlarını təsvir edir. Əlavə proqram icmalları istinad üçün təqdim edilir və xüsusilə Qərbi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində mövcud olan müxtəlif atalıq təlimi təşəbbüslərinin ümumi mənzərəsini təqdim edir.





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.