Qadınlara qarşı zorakılıq probleminə yönələn normativ cavab tədbirlərini gücləndirmək məqsədilə, BMT-nin Əhali Fondunun Azərbaycandakı Ölkə Nümayəndəliyi 2018-ci ildə qadınlara qarşı zorakılığın iqtisadi nəticələri ilə bağlı yenilikçi bir tədqiqat başlamışdır. Bu tədqiqatın əsas məqsədi yeni iqtisadi dəlillərdən istifadə edərək qadınlara qarşı zorakılıqla bağlı “sıfır tolerantlıq” siyasətinin təşviqinə yönələn səylər və maarifləndirmə kampaniyalarına dəstək göstərməkdən ibarət idi.
İqtisadi hesablamalar qadınlara qarşı zorakılığın doğurduğu potensial xərclərin bir neçə kateqoriyası üzrə aparılıb: 1) bərpaolunmaz əhali itkisi (ölüm halları) səbəbindən itirilmiş məhsuldarlıq, zərərçəkənin əmək qabiliyyətini müvəqqəti və daimi itirməsi və əmək məhsuldarlığının azalması; 2) zorakılığın nəticələrinin aradan qaldırılması üçün göstərilən xidmətlərə sərf olunan xərclər (səhiyyə sektoru, hüquq-mühafizə və məhkəmə sistemi, penitensiar müəssisələr, sosial və ixtisaslaşmış xidmətlər); 3) zərərçəkənlərin şəxsi maddi itkiləri və maliyyə məsarifi.
BMTƏF/AQUPDK (2020) Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi yükü. Bakı, Azərbaycan





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,