2016-cı ilin aprel-iyul aylarında Azərbaycanda Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat (IMAGES) aparılıb. Tədqiqat kişilərin gender bərabərliyi, gender rolları və dinamikası, valideynlik və qayğı məsələləri, ev təsərrüfatı daxilində münasibətlərin dinamikası, sağlamlıq (o cümlədən, cinsi və reproduktiv sağlamlıq və hüquqlar) və oğlan uşağına verilən üstünlük məsələləri ilə bağlı təcrübə və münasibətlərini öyrənmək məqsədi daşıyıb. Tədqiqat kəmiyyət sorğusu, habelə şəhərlərdə yaşayan respondentlərlə yarımstrukturlaşdırılmış müsahibələrdən ibarət keyfiyyət komponenti əsasında təşkil olunub. Tədqiqatın keyfiyyət komponentində cinsi və reproduktiv sağlamlıqla (o cümlədən, oğlan uşağına verilən üstünlük) bağlı qərar qəbuletmə, rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən edilən zorakılıq, erkən nikah və ailə planlaşdırılması baxımından kişi və qadınların gender rolları, inancları və düşüncələrinin araşdırılmasına xüsusi diqqət ayrılıb.
BMTƏF. AQUPDK. Promundo. STBM. 2018





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,