Bu qiymətləndirmə Azərbaycanda cins seçiminə birbaşa və ya dolayısı ilə əsas verən, habelə gender bərabərsizliyinin dərinləşməsinə yol açan səbəblərin aşkarlanması üçün aşağıdakı üç prioritet sahə üzrə keçirilib:
1. Qadınların mülkiyyət və miras hüquqları: de-yure və de-fakto bərabərlik arasındakı boşluqlar. Bu prioritet sahə üzrə aparılan qiymətləndirmədə qadınların ailədəki əmlak və vərəsəlik hüquqları, yaşayış yeri üzrə qeydiyyatı və ad/soyad, habelə bu sahələrə aid hüquqi tənzimləmə və onun icrası məsələləri əhatə edilib;
2. Qadınların məşğulluq və özünüməşğulluqda iştirakı: çətinliklər və imkanlar. Qiymətləndirmə zamanı karyera inkişafında qeyri-bərabərlik (o cümlədən gender əsaslı ayrıseçkilik və seksual qısnama), valideyn məzuniyyəti siyasəti, qadınların sahibkarlıqda iştirakı, dövlət dəstəyi və imtiyazlardan istifadə, onların təhsili və yüksək gəlirli peşə sahələrinə yönləndirilməsi kimi vacib məsələlər tədqiq edilib;
3. Sosial müdafiə: gender məsələləri. Bu istiqamət üzrə əsasən pensiya və icbari tibbi sığorta siyasəti, yaşlı əhali üçün ayrıca imtiyazlara (ictimai nəqliyyatdan pulsuz istifadə, kommunal xidmətlərdə güzəştlər və s. məsələlər) xüsusi diqqət yetirilərək, sosial müdafiə sistemlərində cins seçiminə birbaşa və ya dolayısı ilə əsas verən və gender bərabərsizliyinin dərinləşməsinə yol açan məqamlar araşdırılıb.
BMT-nin Əhali Fondu (UNFPA), 2020-ci il





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,