Şərq Tərəfdaşlığı Sammiti: siyasətin təsirə çevrilməsi

Dekabr 6, 2021

  • Şərq Tərəfdaşlığı Sammitinin əhəmiyyəti nədən ibarətdir və insanlar üçün hansı faydaları var?
  • Dekabr sammitində Aİ-nin prioritetləri nədən ibarətdir? Gələcək illər üçün qarşıda duran məqsədlər nədir?
  • Əvvəlki Sammitin nəticələri nə olub? ŞT öz təyin etdiyi məqsədlərinə nail olub?
  • Bu investisiyalar insanlara hansı formada çatdırılır?
Kart %1/%2

Şərq Tərəfdaşlığı Sammitinin əhəmiyyəti nədən ibarətdir və insanlar üçün hansı faydaları var?

Cənubi Qafqaz ölkəsi (ErmənistanAzərbaycanBelarusGürcüstanMoldova və Ukrayna) arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək üçün çalışır.

Şərq Tərəfdaşlığı Sammitləri iki ildən bir keçirilir, dövlət və hökumət başçılarını bir araya gətirir və tərəfdaşlığa siyasi istiqamət verərək gələcək illər üçün əməkdaşlıq prioritetlərini müəyyənləşdirir.

Sammitin əhəmiyyəti nədən ibarətdir? ŞT sammitlərində müəyyən edilmiş siyasi prioritetlər Aİ-nin dəstəyində və məşğulluqdan enerji, ətraf mühitdən səhiyyə, rəqəmsal texnologiyalardan ədliyyədə islahatlara, nəqliyyat əlaqələrindən gənclərin səlahiyyətləndirilməsinə qədər müxtəlif sahələrdə əməkdaşlığın maliyyələşdirilməsində özünü göstərir.

Bu sammitlərin nəticələri real dəyişiklik yarada bilər. Buraya aviabilet qiymətlərinin və ya rouminq tariflərinin azaldılması, təhsil və məşğulluq imkanları, gender imkanları və daha inklüziv cəmiyyət, daha təmiz su və COVID-19 virusuna qarşı peyvəndlərə çıxış imkanı, innovasiyalara və ya gələcəyin iqtisadi problemləri ilə mübarizə bacarıqlarına dəstək aiddir.

2021-ci ilin dekabrında keçiriləcək 6-cı Şərq Tərəfdaşlığı Sammitində razılaşdırılmış qərarlar və istiqamətlər gələcək illərdə insanların həyatında dəyişiklik yaradacaq.

İstənilən halda, Aİ, sammitdə razılaşdırılmış məqsədlərə nail olmaq üçün milli və yerli hökumət orqanları ilə fəaliyyətinin nəticəsi hiss ediləcək: dəyişiklik enerji səmərəliliyi tədbirləri vasitəsilə elektrik enerjisi ödənişlərindəki azalma ola bilər. Bu, yerli müəssisənin fəaliyyətini genişləndirmək məqsədilə kredit əldə edə bildiyi üçün yaradılan və ya yeni təlim proqramı vasitəsilə əldə edilən bacarıqlar vasitəsilə insanların tapdığı növbəti iş ola bilər. Bu, Aİ-nin dəstəyi ilə müasirləşdirilən avtomobil yolu və ya dəmir yolu və ya təhsil almaq, bizneslə məşğul olmaq və ya gündəlik onlayn xidmətlərdən yararlanmaq qabiliyyətini dəyişdirən genişzolaqlı bağlantı formasında ola bilər.

Dekabr sammitində Aİ-nin prioritetləri nədən ibarətdir? Gələcək illər üçün qarşıda duran məqsədlər nədir?

Dekabr Sammitində əsas diqqət iqtisadiyyat, idarəçilik, ətraf mühit, rəqəmsallaşdırmainklüziv cəmiyyətlər kimi beş mühüm sahəyə yönələcək.

Bu prioritetlər qarşıda duran vəzifələr və imkanlar, xüsusilə yaşıl və rəqəmsal texnologiyalara keçid, eləcə də pandemiyadan bərpa nəzərə alınmaqla Şərq Tərəfdaşlığının keçmiş nailiyyətlərinə əsaslanır.

Bərpa, dayanıqlılıqislahatlar sözügedən gələcək proqramın əsas komponetləridir və 2025-ci ilə qədər əldə ediləcək aşağıdakı 10 məqsədi ehtiva edir:

  • 500 000 KOB dəstəklənib
  • Bütün yüksək vəzifəli məmurlar öz iqtisadi aktivlərini bəyan edirlər və bu bəyannamələr yoxlanılır
  • 3 000 km prioritet avtomobil və dəmir yolu tikilib və ya yenilənib
  • Tələbələr və akademik heyət, tədqiqatçılar, gənclər və gənclər təşkilatları işçiləri üçün 70 000 fərdi mübadilə imkanı
  • hibrid təhlükələrin müəyyən edilməsi və aradan qaldırılması; kiberdayanıqlığın artırılması və kibercinayətkarlıqla mübarizə
  • 250 000 ev təsərrüfatı enerji sərfiyyatını azı 20% azaldıb
  • 3 milyon insan etibarlı su mənbələrinə çıxış imkanı qazanıb; havanın keyfiyyətinə nəzarət olunur və 300 şəhərdə havanın keyfiyyəti yaxşılaşdırılıb
  • 850 000 səhiyyə işçisi peyvənd olunub və terapiya, tibbi avadanlıq və iş şəraitinin yaxşılaşdırılmasından faydalanıb
  • 2 500 yerli vətəndaş cəmiyyəti təşkilatı, 120 müstəqil kütləvi informasiya vasitəsi və 2 000 jurnalist dəstəklənib
  • ev təsərrüfatlarının 80%-i yüksək sürətli internetə əlverişli çıxış əldə edib.

Bundan əlavə, 2,3 milyard avro büdcəyə malik İqtisadi və İnvestisiya Planı çərçivəsində Aİ hər bir tərəfdaş ölkə üçün bir sıra iddialı təşəbbüslər irəli sürmüşdür. Konkret prioritet layihələr gələcəkdə insanlar və müəssisələr üçün real dəyişikliklər yaradacaq əhəmiyyətli nəticələr təmin edəcək. Bu sərmayələr nəqliyyat bağlantıları, kiçik biznesin dəstəklənməsi, rəqəmsal texnologiyalara keçid, ətraf mühit sahəsinə investisiya və iqlim (enerji səmərəliliyi daxil olmaqla) və səhiyyə sahəsində dayanıqlılığa və təhsil islahatlarına yönəldiləcək.

Əvvəlki Sammitin nəticələri nə olub? ŞT öz təyin etdiyi məqsədlərinə nail olub?

2017-ci ildə keçirilən Şərq Tərəfdaşlığı Sammitində ŞT-də yaşayan vətəndaşlara gözəçarpan faydalarla nəticələnən islahatlara dair iddialı fəaliyyət planı qismində “2020-ci il üçün 20 praktiki nəticə” adlı sənəd qəbul olunub. Üç ildən sonra nəticələri açıq-aydın görmək mümkün idi.

Məsələn:

185 000-dən artıq kiçik sahibkarlıq müəssisəsinə dəstək verib – EU4Business proqramı çərçivəsində təmin edilən kredit sayəsində istehsalı artırmaq, yeni iş yerləri yaratmaq və Belarus, Polşa və Estoniyada ixrac bazarları açmaq sayəsində ixtisaslaşdırılmış avadanlıqlara sərmayə qoya bilmiş Ukraynanın ortopedik və tibbi məhsullar istehsalçısı kimi. Aİ-nin KOB-lara dəstəyi sayəsində regionda 1,65 milyon iş yeri yaratmaq və ya qoruyub saxlamaq mümkün olmuşdur.

Təkcə 2018-ci ildə EU4Business təşəbbüsü vasitəsilə təlim keçmiş qadınların rəhbərlik etdiyi təxminən 7 250 KOB-a və 290 qadın sahibkara 60 milyon avrodan çox vəsait ayrılmışdır. Buraya Gürcüstanda qadınların rəhbərlik etdiyi və gəlirlərini 7,5% artırmış Tech Engineering Group da daxildir.

Aİ-nin dəstəyi ilə 187 yerli dövlət orqanı karbon qazı (CO2) emissiyalarını 2020-ci ilə qədər 20%, 240-ı isə 2030-cu ilə qədər emissiyaları 30% azaltmağı öhdəsinə götürüb. Buraya ağıllı enerjiyə qəanaətcil küçə işıqlandırması vasitəsilə enerji sərfiyyatı və emissiyaları azaldan Moldovanın Oçnita və Kantemir şəhərləri də daxildir.

Aİ-nin dəstəyi 500 000 km2 ərazini və bütün regionda 30 milyondan çox insanı əhatə edən müasir çay hövzəsi səviyyəsində su siyasətinin təşviqinə kömək edir. Ermənistandakı  Sevan gölünün hövzəsi və Azərbaycanda Abşeron yarımadası kimi yerlərdə suyun daha təmiz saxlanması buraya daxildir.

Aİ Erasmus+ proqramı da daxil olmaqla 80 000-dən çox mübadilə imkanı ilə gəncləri dəstəkləyib və Tbilisidəki Avropa Məktəbi 2018-ci ilin sentyabr ayından fəaliyyət göstərir və bütün altı Şərq Tərəfdaşlığı ölkəsindən istedadlı gənclər üçün yüksək keyfiyyətli təhsil verir. Buraya Bakıdan Alina, Xarkovdan Yeva, Ermənistandan Lilit və Nane, Gürcüstandan Nino və Luka, Moldovadan AdrianBelarusdan Alina daxildir.

Bunlar 2017-ci ildə keçirilən Sammit zamanı qəbul olunan 2020-ci ilə qədər 20 praktiki nəticəyə uyğun olaraq Şərq Tərəfdaşlığı proqramının regionda yaşayan vətəndaşlar üçün təmin etdiyi gözəçarpan nəticələrdən sadəcə bir neçə nümunədir.

Aİ-nin təmin etdiyi dəstəyin ölkənizdəki təsirləri haqqında daha ətraflı öyrənmək üçün aşağıda klikləyin:

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna.

Bu investisiyalar insanlara hansı formada çatdırılır?

Aİ-nin dəstəyi EU4Business, EU4Youth və ya EU4Energy kimi irihəcmli regional təşəbbüslərdən tutmuş kiçik yerli layihələrə qədər yüzlərlə layihə və proqramlar vasitəsilə ötürülür və ölkənizdəki ucqar rayonlarda yaşayan fərdi şəxslərə birbaşa dəstək təmin edir.

Bu layihələr həmin ölkələrin hökumətləri ilə razılaşdırılmış tədbirləri və islahatları həyata keçirmək üçün milli və yerli hökumət orqanları, iqtisadi tərəfdaşlar, vətəndaş cəmiyyəti və QHT-lərlə işləyir.

Aİ həmçinin “Team Europe” yanaşmasının bir hissəsi kimi Avropa İnvestisiya BankıAvropa Yenidənqurma və İnkişaf Bankı kimi Avropa maliyyə qurumları, eləcə də Avropa İttifaqına üzv dövlətlərin inkişaf tərəfdaşları ilə sıx əməkdaşlıq edərək dəstəyinin əhatə dairəsini genişləndirir və yekun təsirini qat-qat artırır.

İnteraktiv materiallarda Aİ-nin əsas sahələr üzrə dəstəyi, onun yaratdığı dəyişikliklər və imkanlar haqqında ətraflı məlumat əldə edə bilərsiniz:

Qadın sahibkarlara dəstək

Pandemiyadan sonra biznes fəaliyyətini necə bərpa etmək olar

Müəssisələr ekoloji cəhətdən təmiz olmaqdan necə faydalana bilər

Erasmus+

Şərq Tərəfdaşlığı Avropa Məktəbi

Tədqiqat və innovasiyalar üçün maliyyə dəstəyi

Aİ-nin ətraf mühit sahəsində dəstəyi

EU4Energy layihəsi və fəaliyyəti haqqında daha ətraflı

Aİ tərəfindən maliyyələşdirilən imkanlar haqqında xəbərdar olmaq üçün buraya klikləyin.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,