Avropa İttifaqının yeni Giriş-çıxış sistemi (EES) 12 oktyabr 2025-ci il tarixindən etibarən fəaliyyətə başlayıb. EES sisteminə keçən Aİ-yə üzv dövlətlər sistemi mərhələli şəkildə xarici sərhədlərində tətbiq etməyə başlayıblar. 10 aprel 2026-cı ilə qədər sistemin tam tətbiqi planlaşdırılır.
Bu sistem Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşlarının biometrik məlumatlarının toplanılması vasitəsilə pasportlara möhürlərin vurulması prosesini ləğv etmək üçün nəzərdə tutulub. Bunun üçün Avropanın Şengen zonasına səfər edən fərdi şəxslərin fotoşəkilləri çəkiləcək və barmaq izləri götürüləcək. Sistem tam tətbiq edildikdən sonra sərhəd orqanlarının rəsmiləri tərəfindən pasportlara möhürlərin vurulması prosesi ləğv ediləcək.

Yeni giriş-çıxış sistemi haqqında ətraflı məlumatı və tez-tez verilən suallara cavabları EES sisteminin internet səhifəsində tapa bilərsiniz.
EES sistemi Şengen zonasına daxil olan 27 Aİ-yə üzv dövlətdə, o cümlədən İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə tətbiq olunacaq. İrlandiya Respublikası və Kipr Şengen zonasına daxil olmadığı üçün həmin ölkələrdə bu sistemin tətbiqi nəzərdə tutulmayıb.
EES sistemi Avropa İttifaqına üzv olmayan ölkənin vətəndaşlarına və hər hansı Avropa ölkəsinə qısamüddətli səfərə gedən şəxslərə şamil olunur:
Uzunmüddətli vizası və ya yaşayış icazəsi olan şəxslər istisna olunur.
EES sistemi tətbiq edildikdən sonra sərhədi ilk dəfə keçdiyiniz zaman sizdən şəxsi məlumatlarınızı təqdim etmək tələb olunacaq. Pasport nəzarəti əməkdaşları üzünüzün şəklini çəkəcək və/və ya barmaq izlərinizi skan edəcək. Bu məlumatlar rəqəmsal faylda toplanacaq.
Sərhəd keçid məntəqəsində mövcud olduqda özünəxidmət ekranından istifadə etməklə və ya getdiyiniz ölkədə mövcud olduqda mobil tətbiqdən istifadə etməklə bəzi məlumatlarınızı əvvəlcədən qeydiyyatdan keçirsəniz, proses daha sürətli həyata keçirilə bilər.
12 yaşdan kiçik uşaqların barmaq izləri skan edilmir.
Giriş-çıxış sisteminin ittifaqa üzv dövlətlər tərəfindən mərhələli şəkildə tətbiq edildiyi üçün məlumatlarınızın həmin sistemdə qeydə alınması hara və nə vaxt səyahət edəcəyinizdən asılıdır. Məsələn, Almaniya bu xidməti Ştutqart şəhərindəki kiçik bir hava limanından başlayaraq tədricən Avropanın ən işlək aviasiya mərkəzlərindən biri olan Frankfurt hava limanında tətbiq edəcək.
Səfər edən şəxslərin fərdi məlumatları ilə yanaşı, giriş və çıxış tarixləri də elektron qaydada qeydə alınacaq. EES sistemi Avropa ölkələrində icazə verilən müddətdən artıq qalma hallarını da müəyyən edəcək.
Səlahiyyətli orqanlar tərəfindən girişinə icazə verilməyən şəxslərin məlumatları da sistemdə qeyd ediləcək.
EES vasitəsilə rəqəmsal formatda təqdim olunan məlumatlar bəzi istisnalar olmaqla, üç il müddətində saxlanılacaq, sonra isə silinəcək.
Həmin məlumatlar sistemdən istifadə edən ölkələrin sərhəd, viza və immiqrasiya orqanları, o cümlədən yerli polis və Aİ-nin hüquq-mühafizə orqanı olan Europol tərəfindən istifadə edilə bilər.
Üç il ərzində sərhədi yenidən keçən şəxslərin sərhəd məntəqələrindən keçidi daha sürətli olacaq, çünki onların fotoşəkilləri və barmaq izləri artıq sistemdə mövcud olacaq.
Fotoşəkilinin çəkilməsindən və ya barmaq izlərinin götürülməsindən imtina edən şəxslərə getdikləri ölkəyə girişinə icazə verilməyəcək.
Giriş-çıxış sisteminin mərhələli şəkildə tətbiqi üzv dövlətlərə yeni sistemə uyğunlaşmaq və sərhəddəki növbələri minimuma endirməyə imkan verəcək. Həddindən artıq gözləmə hallarında müvəqqəti olaraq əməliyyatları dayandırmağa icazə veriləcək.
Sərhəd keçid məntəqəsinə ilk dəfə gələn şəxslərin şəxsi və biometrik məlumatlarının təqdim edilməsi tələb olunacaq. Növbəti dəfə sərhəd rəsmiləri sadəcə olaraq bu məlumatları yoxlayacaqlar. Pasportlara möhür vurulmayacağı üçün sonrakı keçidlər daha sürətli olacaq.
EES sisteminin tətbiqinin Avropa İttifaqı üçün aşağıdakı faydaları var:
Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün faydaları aşağıdakı kimidir:
avtomatlaşdırılmış sərhəd nəzarəti tətbiq edildiyi üçün pasport yoxlanışı məntəqələrində gözləmə müddəti tədricən azalacaq.
Hələ ki yox. Avropa Səyahət Məlumatı və İcazə Sisteminin (ETIAS) EES sisteminin tətbiqindən sonra, 2026-cı ilin son rübündə istifadəyə verilməsi gözlənilir. ETIAS Aİ-yə üzv olmayan ölkələrin vizadan azad vətəndaşlarına şamil ediləcək.
ETIAS səyahət icazəsi üçün şəxsi məlumatların və səfər haqqında təfərrüatların olduğu onlayn ərizə təqdim edilməli və 20 avro rüsum ödənilməlidir. Müraciətlərin çoxuna bir neçə dəqiqə ərzində baxılacaq. Bununla da, qısamüddətli səfər üçün (adətən 180 gün ərzində 90 günə qədər) müraciət edən şəxslər 30 Avropa ölkəsinin ərazisinə istədikləri qədər daxil ola biləcəklər. İcazə üç il və ya pasportun etibarlılıq müddəti bitənə qədər qüvvədə qalacaq.
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,