Bərpa, dayanıqlıq və islahatlar: 2020-ci ildən sonra hər kəs üçün faydalı olacaq Şərq Tərəfdaşlığı üzrə prioritetlər
Noyabr 24, 2021

Bərpa, dayanıqlıq və islahatlar: 2020-ci ildən sonra hər kəs üçün faydalı olacaq Şərq Tərəfdaşlığı üzrə prioritetlər


Şərq Tərəfdaşlığı Avropa İttifaqı, ona üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələri dərinləşdirmək və gücləndirməyə yönəlmişdir. Bu təşəbbüs inklüzivlik və fərqləndirmə prinsiplərinə, xüsusi yanaşma və stimullaşdırma əsaslı dərin əməkdaşlığa əsaslanır. “2020-ci ilə qədər 20 praktiki nəticə”, 2020-ci ilin martında qəbul edilən Birgə Kommünike və 2020-ci ilin mayında Avropa İttifaqı Şurası tərəfindən qəbul olunan yekun qərarlara əsaslanaraq Aİ 2020-ci ildən sonrakı dövrdə Şərq Tərəfdaşlıq üzrə bir sıra prioritetlərini təqdim edib. Beş əsas siyasət hədəfinə uyğun olaraq təşəbbüsün iki əsas komponentinə – kapital və idarəçilik sahələrinə sərmayələrin yatırılması vasitəsilə bu prioritetlərin Şərq Tərəfdaşlığı ölkələrinin dayanıqlığını artırması gözlənilir. Bu məlumat bülletenində əməkdaşlığın yeni əsas elementi olan İqtisadi və İnvestisiya Planı əks olunub. Bu plan çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin dayanıqlığı və inteqrasiyasının artırılması üçün onların pandemiyadan sonrakı dövrdə bərpası və iqtisadiyyatlarının dayanıqlı transformasiyası məqsədilə Aİ büdcəsindən qrant, qarışıq maliyyələşdirmə və zəmanətlər şəklində 2,3 milyard avronun səfərbər olunması nəzərdə tutulub. 

 

Endir



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,