2017-ci ildə keçirilən Şərq Tərəfdaşlığı (ŞT) Brüssel Sammitində ŞT-də yaşayan vətəndaşlara gözəçarpan faydalarla nəticələnən islahatlara dair iddialı fəaliyyət planı qismində “2020-ci il üçün 20 praktiki nəticə” adlı sənəd qəbul olunub.
Üzv dövlətlərə və tərəfdaş ölkələrə prosesi istiqamətləndirməyə kömək etmək üçün EEAS (Avropa Xarici Fəaliyyət Xidməti) və Komissiya mütəmadi olaraq həm nailiyyətləri, həm də əlavə səylərin tələb oluna biləcəyi sahələri qeyd edərək nəticələrin icrasını izləyir.
Bu sənəddə həm “2020-ci il üçün 20 praktiki nəticənin” icrası, həmçinin 2020-ci ilin fevral ayına qədər əldə olunmuş konkret nəticələr barədə yenilənmiş ümumi məlumatlar təqdim olunub. Sənəddə yeni öhdəliklər yoxdur. Sənəddə qeyd olunmuş yekun nəticələr EEAS və Komissiyanın cəlb olunduğu daxili monitorinq prosesinə əsaslanır və ŞT-nin təşkilati strukturunun (platformalar və qruplar daxil olmaqla) iclaslarının nəticələri nəzərə alınır. Sənəddə əsaslı daxili monitorinq nəticəsində əldə edilmiş son dərəcə mühüm yekun nəticələr vurğulanır. Əvvəlki hesabatda 2019-cu ilin mart ayına qədər əldə olunan nəticələr əks olunmuşdur.





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,