COVID-19 virusuna qarşı peyvənd haqqında bütün lazımi məlumatlar

Aprel 12, 2021

  • Peyvənd olunmağın hansı faydaları var?
  • COVID-19 virusuna qarşı olan bütün peyvəndlər təhlükəsizdir?
  • Aİ və ÜST peyvəndləmə işinə necə kömək edir?
  • COVID-19 virusuna qarşı peyvəndlər uzunmüddətli müdafiə təmin edəcəkmi? Bütün bunlar nə vaxt sona çatacaq?
  • Dostlarımın və qohumlarımın çoxu konspirasiya nəzəriyyələrinə inanır və peyvəndlərə şübhə ilə yanaşırlar. Onların fikrini necə dəyişə bilərəm?
  • Peyvəndləmədən başqa COVID-19 pandemiyası ilə bağlı böhranla mübarizə aparmaq üçün başqa hansı təşəbbüslər var?
Kart %1/%2

Peyvənd olunmağın hansı faydaları var?

Günümüzdə difteriya, tetanus, qrip və qızılca kimi azı 20 xəstəlikdən qoruyan peyvəndlər mövcuddur. Peyvəndlərin sayəsində hər il dünyada 3 milyona yaxın insanın həyatını xilas etmək mümkün olur. Bu isə orta hesabla dəqiqədə beş insan həyatı deməkdir. Peyvəndlərin köməyilə uşaqlar daha sağlam böyüyür, insanlar isə sağlam yaşa dolurlar.

Vaccine 2

Ötən yüz il ərzində insanların ömrünün uzanmasına və həyat keyfiyyətinin yaxşılaşmasına təsir edən peyvəndlər səhiyyə sisteminin ayrılmaz hissəsinə çevrilib. Əksərimiz uşaq vaxtı bir neçə xəstəliyə qarşı peyvənd olunmuşuq. Hansı ki, bu xəstəliklər ötən əsrin əvvəllərində minlərlə insanın ölümünə və şikəst olmasına səbəb olmuşdur. Yaşlı əhali və immuniteti zəif olan şəxslər isə hər il qripin yeni ştammlarına qarşı peyvənd olunurlar. Biz peyvənd olunan uşaqların məktəbdə daha yüksək nəticələr əldə etdiyini və yaşadıqları cəmiyyətdən iqtisadi cəhətdən faydalandığını da bilirik.

Hal-hazırda COVID-19 virusuna qarşı bir neçə peyvənddən istifadə olunur və bu günə qədər yüz milyon dozadan artıq peyvənd vurulub. Bu peyvəndlər virusa qarşı immunitetin formalaşmasına kömək edir. Eyni zamanda fəsadlarından qoruyur. 

Peyvənd olunmaqla siz ətrafınızdakı insanları da xəstəlikdən qoruya bilərsiniz. Çünki peyvəndlərin köməyi ilə digər şəxslərin yoluxma riski az olur.

Lakin, peyvəndlərin nə dərəcədə səmərəli olacağına dair hələ dəqiq məlumat yoxdur. Bu səbəbdən ətrafımızda hər kəs peyvənd olunana qədər tibbi maskalardan istifadəyə davam etməliyik.

COVID-19 virusuna qarşı olan bütün peyvəndlər təhlükəsizdir?

Aİ-də COVID-19 virusuna qarşı tətbiqinə icazə verilən bütün peyvəndlər Avropa Dərman Preparatları Agentliyi (EMA) tərəfindən elmi cəhətdən sınaqdan keçirilib və təhlükəsizliyinə ciddi şəkildə nəzarət olunur. Tətbiqinə icazə verilən peyvəndlərin təhlükəsizlik standartlarına cavab verməsi üçün ÜST həm Aİ, həm də digər ölkələrlə sıx əməkdaşlıq edir.

Bu günə qədər EMA Avropa İttifaqında dörd peyvəndin tətbiqini təsdiqləyib. Bunlar Pfizer-BioNTech, AstraZeneca, Moderna və  Johnson & Johnson tərəfindən istehsal olunub. Rusiyanın hazırladığı Sputnik peyvəndi də daxil olmaqla, daha üç peyvəndin tətbiqi nəzərdən keçirilir.

Bütün peyvəndlər kimi, COVID-19 virusuna qarşı olan peyvəndlər də on minlərlə insanın iştirakı ilə həyata keçirilən çoxmərhələli sınaq prosesindən keçmişdir.

ÜST peyvənd istehsalçıları, yerli səhiyyə qurumları və digər tərəfdaşlarla birgə çalışaraq peyvəndlərin təhlükəsizliyi ilə bağlı məsələləri daima diqqətdə saxlayır.

Bütün dərmanlarda olduğu kimi, COVID-19 virusuna qarşı peyvəndlərdən sonra da yan təsirlər meydana gələ bilər.Bu, adətən peyvəndin orqanizmi xəstəliklə mübarizə aparmağa sövq edərək immuniteti stimullaşdırdığını göstərir. Bununla belə, bu yan təsirlər müvəqqəti (24-48 saat) xarakter daşıyır və nadir hallarda baş verir. Bir  fakt  danılmazdır: xəstəliyə yoluxma və ağırlaşma riski, COVID-19 virusuna qarşı peyvəndlərin yan təsirlərinin yaranma riskindən qat-qat yüksəkdir.

EMA-nın internet səhifəsində COVID-19 virusuna qarşı hazırda sınaqdan keçirilən, tətbiqi nəzərdən keçirilən və tətbiqinə icazə verilən peyvəndlərə baxa və ya ÜST tərəfindən COVID-19 virusuna qarşı peyvəndlərin təhlükəsizliyinə dair ən son məlumatları oxuya bilərsiniz.

Aİ və ÜST peyvəndləmə işinə necə kömək edir?

Keçən il Avropa İttifaqı COVİD-19 infeksiyasının yeni müalicə metodlarının və peyvəndlərin tədqiqi və hazırlanmasına dəstək məqsədilə 1 milyard avrodan artıq maliyyə vəsaiti ayırıb. Avropada bir neçə peyvəndin cəld hazırlanmasında önəmli rol oynayan yeni mRNT texnologiyası yaradılıb. Aİ xüsusən Pfizer-BioNTech peyvəndinin hazırlanması üçün külli miqdarda maliyyə vəsaiti ayırıb (BioNTech, Aİ-nin son on ildə tədqiqatlara ayırdığı maliyyə vəsaitinin 9 milyon avrodan artıq hissəsini əldə edib, eləcə də 2020-ci ildə Avropa İnvestisiya Bankından 100 milyon avro kredit alıb).

İmzaladığı ilkin satınalma müqavilələri vasitəsilə Aİ BioNTech/Pfizer, Moderna, AstraZeneca və Johnson & Johnson şirkətlərindən 1,3 milyard doza peyvənd sifariş edib. Bu, 447 milyon əhalisi olan Aİ üçün həddindən artıq çoxdur. Aİ, üzv ölkələr daxilində peyvəndləmə prosesini sürətləndirməklə yanaşı, bu peyvəndlərin bir hissəsini tərəfdaş ölkələri ilə bölüşmək niyyətindədir.

Eyni zamanda Avropa İttifaqı COVID-19 peyvəndlərinin hazırlanmasını, istehsalını və ədalətli bölüşdürülməsini sürətləndirmək üçün qlobal əməkdaşlıq proqramı olan COVAX-ın ən böyük dəstəkçilərindən biridir. Aİ-nin Team Europe proqramı (Aİ, ona üzv dövlətlər və Avropa maliyyə qurumlarının resurslarını birləşdirir) Aİ büdcəsindən ayrılan 1 milyard avro daxil olmaqla 2,2 milyard avrodan artıq maliyyə vəsaiti ilə COVAX proqramını dəstəkləyir. Bununla da ittifaq COVAX proqramının 2021-ci ilin sonuna qədər Şərqi tərəfdaşlıq ölkələri daxil olmaqla, 92 aşağı və orta gəlirli ölkəyə 1,3 milyard doza peyvənd göndərməsi üçün maliyyə dəstəyini təmin edib.

2021-ci il may-fevral aylarında Şərqi tərəfdaşlıq ölkələri üçün COVAX tərəfindən ayrılan peyvəndlərin həcmi aşağıdakı kimidir:

  • Ermənistan: 124 800 doza AstraZeneca peyvəndi
  • Azərbaycan: 432 000 doza AstraZeneca peyvəndi
  • Gürcüstan: 129600 doza AstraZeneca peyvəndi və 29250 doza Pfizer-BioNTech peyvəndi
  • Moldova: 108 000 doza AstraZeneca peyvəndi və 24570 doza Pfizer-BioNTech peyvəndi
  • Ukrayna: 1776000 doza AstraZeneca peyvəndi və 117000 doza Pfizer-BioNTech peyvəndi

COVAX proqramı vasitəsilə COVID-19 virusuna qarşı ilk peyvəndlər artıq Ermənistan, Azərbaycan, Gürcüstan, Ukrayna Moldovaya çatdırılıb. Rumıniya isə öz növbəsində Aİ-nin Mülki Müdafiə Mexanizmi vasitəsilə Moldovaya peyvəndlər göndərib.

Lakin, tək peyvəndlərlə iş bitmir. Peyvəndləmə prosesi də bərabər dərəcədə önəmlidir. 2021-ci ilin fevral ayından etibarən Aİ və ÜST altı Şərqi tərəfdaşlıq ölkəsinə COVID-19 virusuna qarşı peyvəndlərin çatdırılması və peyvəndləmənin həyata keçirilməsinə dəstək məqsədilə səylərini birləşdirib. Bu, son üç il ərzində Aİ və ÜST tərəfindən Avropa regionunda həyata keçirilən ən iri miqyaslı birgə fəaliyyətdir və ümumi büdcəsi 40 milyon avro təşkil edir.

Sözügedən proqram çərçivəsində Aİ və ÜST peyvəndlərin səmərəli qəbulu və paylanılması üçün milli infrastrukturların hazırlanmasına kömək edib.

COVID-19 virusuna qarşı peyvəndlər uzunmüddətli müdafiə təmin edəcəkmi? Bütün bunlar nə vaxt sona çatacaq?

COVID-19 virusuna qarşı peyvəndlərin təmin etdiyi müdafiənin dəqiq nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. İlkin tədqiqatlar nəticəsində əldə olunmuş məlumatlara əsasən virusa qarşı immunitetin bir neçə ay qaldığı məlum olub. Ancaq dəqiq müddət məlum olmadığı üçün davamlı tədqiqatlar tələb olunur.

Koronavirusa qarşı immunitet uzun müddət qalmasa, qrip virusunda olduğu kimi hər il peyvənd olunmaq tələb olunacaq. 

COVID-19 virusuna qarşı peyvəndlərin pandemiyaya təsirinə gəlincə, bu bir neçə amildən asılı olacaq. Bura onların ölkələrə çatdırılma sürəti, peyvənd olunanların sayı və xəstəliyin yeni formalarının yaranmasının mümkünlüyü daxildir.

İstər ilkin yoluxma, istərsə də peyvənd vasitəsilə kütləvi immunitetin yaranması üçün immunitetə ehtiyacı olan insanların faiz göstəricisi xəstəlikdən asılı olaraq dəyişir (məs, qızılca üçün 95% və piliomelit üçün 80%). Kütləvi immunitetin formalaşması üçün COVID-19 virusuna qarşı peyvəndlənməsi tələb olunan əhalinin nisbəti məlum deyil. 

Bu səbəbdən peyvəndləmənin geniş əhali kütləsi üçün əlçatan olacağı müddətə qədər, qabaqlayıcı tədbirlərə riayət etməyə davam etməliyik.

Dostlarımın və qohumlarımın çoxu konspirasiya nəzəriyyələrinə inanır və peyvəndlərə şübhə ilə yanaşırlar. Onların fikrini necə dəyişə bilərəm?

İstər dost, sevgili, həmkar və ya qonşumuz olsun, hamımızın ətrafında peyvəndlərin vurulmasına qarşı kəskin şəkildə etiraz edənlər var. Əksər hallarda bu qorxu, peyvəndləri pisləyən konspirasiya nəzəriyyələrinə inamla bağlıdır. Buna misal olaraq, Microsoft şirkətinin insanları çipləşdirmək və ya insan DNT-sini modifikasiya etmək üçün peyvənlərdən istifadə etdiyi kimi yalan, amma davamlı konspirasiya nəzəriyyələrini göstərmək olar.

Təəssüflər olsun ki, COVID-19 pandemiyası ilə bağlı böhran Şərqi tərəfdaşlıq ölkələri, Avropa İttifaqı və ABŞ ilə yanaşı, bütün dünyada yanlış və dezinformasiyanın yayılmasına geniş şərait yaradıb.

İnsanları çaşdırmaq üçün qəsdən yayılan və ya həqiqətən narahatlıqdan qaynaqlanan yalan məlumatlar və konspirasiya nəzəriyyələri qorxularımızdan yararlanır və peyvəndlərlə bağlı mövcud tərəddüdlərimizi daha da artırır.

Şərq Tərəfdaşlığı regionunda əsas dezinformasiya hekayələrindən biri Qərbdə hazırlanan peyvəndlərin təhlükəli olmasına dair iddia ətrafında qurulub. Aİ-nin dezinformasiyaya qarşı aparıcı təşəbbüsü olan EUvsDisinfo kampaniyası ŞT ölkələrində peyvəndlərlə bağlı dezinformasiyasının yayılmasını və təsirini davamlı olaraq izləyir və təhlil edir. Eyni zamanda Rusiya və Qərb arasında peyvənd müharibəsi haqqında miflərin yalan olduğunu sübut edir.

EUvsDisinfo təşəbbüsü, peyvəndlərə inamsız yanaşan şəxslərə kömək etmək üçün altı bənddən ibarət bələdçi hazırlayıb. Bu bələdçi insanları sakit qalmağı, anlayışlı olmağı, məsələni dərindən araşdırmağı, etibarlı mənbələrlə əlaqə qurmağı, məntiqi düşüncəli olmağı öyrədir.

Peyvəndləmədən başqa COVID-19 pandemiyası ilə bağlı böhranla mübarizə aparmaq üçün başqa hansı təşəbbüslər var?

Avropa İttifaqı, pandemiyanın ilk günlərindən etibarən COVID-19 ilə bağlı dəstək təmin edən əsas qurumlardandır. Bu günə qədər fövqəladə hallar üzrə ehtiyacları ödəmək, milli səhiyyə sistemlərinə dəstək vermək və Şərqi tərəfdaşlıq ölkələrinin sosial-iqtisadi bərpasına kömək üçün 1 milyard avrodan artıq vəsait ayrılıb. 

Aİ, Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə çalışaraq Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində peyvəndlərin tədarükü ilə yanaşı, altı Şəri tərəfdaşlıq ölkələrində səhiyyə sistemlərinə dəstək verir. İndiyə qədər bu layihə çərçivəsində 11 milyon ədəd fərdi qoruyucu vasitə, 12000 laboratoriya dəsti, 1500-dən artıq süni tənəffüs aparatı, oksigen konsentratorları və oksimetrləri, o cümlədən 20000-dın artıq PCR test dəsti sözügedən ölkələrə çatdırılıb.

Aİ həmçinin cəmiyyətin ən həssas qruplarını dəstək məqsədilə 11 milyon avrodan artıq maliyyə vəsaiti ayırıb. Şərq Tərəfdaşlığı Həmrəylik Proqramı vasitəsilə vətəndaş cəmiyyəti təşkilatlarına 60000 avrodan artıq büdcəyə malik qrantlar ayrılıb. Belə layihələr arasında distant təhsillə bağlı yerli məktəblərin dəstəklənməsi, iş yerlərini itirən qadınlara kömək, yaşlı və fiziki imkanları məhdud insanların ərzaqla təmin olunması da var.

Bu çətin dövrdə Aİ həmçinin kiçik müəssisələrə kömək edir. EU4Business təşəbbüsü vasitəsilə Aİ ölkələrindəki və dünyadakı maliyyə qurumları ilə sıx əməkdaşlıq edərək, yerli valyutada kreditləri kiçik müəssisələr və özəl sahibkarlar üçün daha əlverişli edir və böhran dövründə və ondan sonra biznesini qurmaq istəyən şəxslərə qrant almağa kömək edir. Aİ-nin COVID-19 pandemiyası dövründə Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, MoldovaUkraynada yerləşən sahibkarlıq müəssisələrinə göstərdiyi dəstək barədə öyrənmək üçün EU4Business təşəbbüsünün internet səhifəsinə baş çəkin.

Avropa İnvestisiya BankıAvropa Yenidənqurma və İnkişaf Bankı kimi Avropa maliyyə qurumları yerli sahibkarlıq müəssisələrinə kredit şəklində dəstək verən əsas qurumlardır.

Yerləşdir

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,