GENDER BƏRABƏRLIYI KITABXANASI

Gender Bərabərliyi Kitabxanasına xoş gəlmisiniz. Kitabxana Azərbaycanda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi ilə bağlı ən yeni hesabatlar toplusunu bir araya gətirir.

Xarici Əlaqələrdə Gender Bərabərliyi və Qadınların Gücləndirilməsi (GAP III) üzrə Aİ-nın Fəaliyyət Planına uyğun olaraq, nəşrlər aşağıdakı sahələri əhatə edir: gender əsaslı zorakılıq; bərabər iştirak və liderlik; iqtisadi və sosial hüquqlar; cinsi və reproduktiv sağlamlıq və hüquqlar; yaşıl keçid və rəqəmsal transformasiya; qadınlar, sülh və təhlükəsizlik gündəliyi və COVID-19 pandemiyasının qadınlara və qızlara təsiri. 

Altı Şərq Tərəfdaşlığı ölkəsini: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynanı əhatə edən ingilis dilində əlavə hesabatlara daxil olmaq üçün Gender Bərabərliyi Kitabxanasına (The Gender Equality Library) baş çəkin.

Nəşrlər müxtəlif beynəlxalq təşkilatlar və maraqlı tərəflər tərəfindən hazırlanıb və maliyyələşdirilib.

Gender Bərabərliyi Kitabxanası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti layihəsi çərçivəsində hazırlanmışdır.

Nəşrlərdə səslənən fikirlər Avropa İttifaqının fikirlərini əks etdirmir.

Ölkələr


Mövzular


Nəşrin növləri

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,