Ozzi planetimiz üçün
Dağsiçanı Ozzi Aİ-nin enerjinin səmərəliliyi üzrə gənc səfiri və komiks qəhrəmanıdır. O, planeti xilas etmək arzusundadır.
Sadə vərdişlər enerjiyə qənaət etməyə və gözəl planetimizi qorumağa kömək edə bilər
Ozzi və Aİ hamımız üçün bir neçə məsləhət paylaşıb
Ozzinin məsləhətlərinə riayət etməklə planetin xilası üçün hərəkətə keçin!
Əşyalarınızı mübadilə edin və ya yenidən emal edin. Tullantıları, eləcə də daşınma və qablaşdırma üçün enerji sərfini azaldın
İstifadə etmədikdə su kranını bağlamaqla suya qənaət edin
Lazım olmadıqda işıqları söndürün. Televizoru və kompüteri elektrik şəbəkəsindən ayırın
Avtomobil əvəzinə piyada və ya velosipedlə gedin
LED lampalar 90% daha az enerji sərf edir və 25 dəfə daha uzun müddət çalışır
Bir gün ərzində bu məsləhətlərin neçəsinə əməl edə bilərsiniz?
BƏRPA OLUNAN ENERJİ NƏDİR?
Evlərimizi və şəhərlərimizi elektrik ilə təmin etmək üçün istifadə etdiyimiz su, günəş və külək kimi təbii enerji mənbələri dayanmadan bərpa olunur. Məhz buna görə onları bərpa olunan enerji adlandırırıq.
Külək, günəş və su necə enerji yaradır?
Külək enerjisi
Külək daim istifadə edə biləcəyimiz təbii enerji mənbəyidir. Küləyin gücü çox güclü ola bilər. Külək enerjisi külək turbinləri tərəfindən yaradılır.
Çoxlu sayda külək turbinlərinin olduğu yer isə külək elektrik stansiyası adlanır.
Günəş enerjisi
Günəş enerjisi həmçinin bərpa olunan enerjidir. Günəş panelləri günəş enerjisini elektrik enerjisinə çevirir. Bu enerji hər şeyi elektriklə təchiz etmək üçün istifadə oluna bilər və sonradan istifadə etmək üçün batareyalarda saxlana bilər.
Günəş kollektorları da günəş enerjisini başqa enerji formasına çevirir. Bu kollektorlar bu enerjini elektrik enerjisinə deyil, istilik enerjisinə çevirir.
Su enerjisi
Su enerjisi hidroenerji kimi də tanınır. Su axınının gücü hesabına istehsal edilən enerji ilə evləri və ya bütöv icmaları elektriklə təchiz etmək mümkündür.
Kiçikölçülü su elektrik stansiyası axarsu və ya su kanalından istifadə edərək 100 kVt-a qədər elektrik enerjisi istehsal edir.
Bərpa olunan enerji haqqında başqalarını məlumatlandırın
Əlinizin altında olan vasitələrlə külək turbini düzəltməyə çalışın. Əl ilə hazırlanan külək turbininin təlimatlarını buradan yükləyin və videoya baxın.
Ozzi 2025-ci ildə enerji sahəsində mühüm tarixlər tapıb. Təqvimi buradan yükləyin.
Məktəbdə digər uşaqların və ya evdə valideynlərinizin bu sahədə biliklərini artırmaq üçün Ozzinin təqdimatından istifadə edin!
Komikslər haqqında daha ətraflı
Ozzinin sərgüzəştləri haqqında ətraflı öyrənin və komiksləri oxumaq üçün yükləyin.
Ozzinin sərgüzəştləri
Ozzi və onun dörd dostunun hekayəsi oxucunu öz maraqlı dünyasına aparır. Məcaranın qəhrəmanları doğma şəhərlərini və gələcəklərini xilas etməyi bacarır.
Onlar vahid məqsəd uğrunda birləşərək enerjidən daha ağıllı istifadə barədə hər kəsi məlumatlandırmaqla öz şəhərlərini xilas edə bilirlər.
Luna, Liya və Ozzi
Liya texnologiya həvəskarıdır. O, daim ideyalar fikirləşir, çertyojlar çəkir və texnologiyadan istifadənin yeni yollarını kəşf edir. Liya bəzən (yalnız bəzən) onu qıcıqlandıran kiçik bacısı Luna ilə birlikdə Ozzinin qayğısına qalır.
Maks və Deni
Maks və Deni əvvəllər yola getməsələr də, sonradan dost olublar. Onlar birlikdə məktəb klubuna rəhbərlik edir və enerjidən daha yaxşı istifadə yollarına həsr olunmuş sosial media hesabını idarə edirlər.
Professor Sleyt və Qacet Teylz
Professor Sleyt bütün həyatını enerjidən daha ağıllı istifadə yollarını tapmağa həsr etmiş alimdir. Onun kiçik qardaşı və möhtəşəm mühəndis olan Qacet Teylz təbii enerji mənbələri hesabına çalışaraq ətraf mühitə zərər verməyən cihazlar düzəltməklə Sleytə öz ideyalarını gerçəkləşdirməkdə kömək edir.
Komiks kitabını yükləyin
Ozzinin sərgüzəştləri: Lampa
Ozzinin yeni sərgüzəştləri: Şüşə kürə
Bu təşəbbüs haqqında ətraflı öyrənmək üçün aşağıdakı ünvan ilə əlaqə saxlayın:
[email protected]
