Aİ-nin Şərq Qonşuları

Təsvir
"Aİ-nin Şərq Qonşuları" (EU NEIGHBOURS east”) layihəsi "Aİ-nin Açıq Qonşuluq: Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşları ilə tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə kommunikasiya” proqramı çərçivəsində həyata keçirilən ən böyük regional kommunikasiya layihəsidir. Bu layihənin məqsədi Aİ haqqında ictimai rəyin yaxşılaşdırılmasına töhfə vermək və Avropa siyasətləri, eləcə də Şərq Tərəfdaşlığı ölkələrindəki insanların gündəlik həyatlarında Aİ-nin dəstəyinin müsbət təsiri haqqında daha geniş təsəvvür formalaşdırmaq olmuşdur.

Aİ-nin kommunikasiya sahəsində strateji yanaşmasına uyğun olaraq layihədə kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq, sosial mediada auditoriya ilə ünsiyyətin qurulması və Gənc Avropa səfirləri (YEA) təşəbbüsü ilə vətəndaş cəmiyyətinin cəlb olunmasına yönəlmiş tədbirlərin təşkili yolu ilə şəffaflıq, dialoq və qarşılıqlı anlaşma mədəniyyətinin qurulması məsələləri diqqət mərkəzində olmuşdur.
Konkret məqsədi
- Şərq Qonşuluğu regionunda yaşayan insanların gündəlik həyatlarında Aİ-nin dəstəyinin təsirini göstərmək.
- Aİ-nin siyasətləri və onların əlaqəli inkişafı, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində əməkdaşlığa dair fəaliyyətlər ilə bağlı bilik və təsəvvürün yaxşılaşdırılmasına töhfə vermək.
- Kommunikasiya sahəsində strateji yanaşmanı gücləndirmək və regionda ictimai diplomatiya istiqamətində görülən səylər baxımından Aİ-nin dəstəyindən yararlanan benefisiarların və qurumların potensialını artırmaq.
- Təmin edilən dəstəyi ölçmək və müvafiq hallarda Şərq Tərəfdaşlığı ölkələrində Aİ haqqında ictimai rəyin qiymətləndirilməsi.
Gözlənilən nəticələr
- Aİ və onun Şərq Tərəfdaşlığı ölkələrinə dəstəyi haqqında müsbət ictimai rəy və daha geniş təsəvvür formalaşdırılıb.
- İctimai rəyin formalaşmasında rol oynayan orqanlar və Şərq Tərəfdaşlığı ölkələrində Aİ-nin siyasətləri, inkişaf və əməkdaşlıq proqramları və ya layihələri (ikitərəfli, regional və transsərhəd) haqqında geniş ictimaiyyətin konkret seqmentləri arasında məlumatlılıq artırılıb.
- Kütləvi informasiya vasitələri, sosial media və "Birlikdə daha güclü" şüarı ilə keçirilən tematik kommunikasiya kampaniyaları çərçivəsində həyata keçirilən ictimai diplomatiya fəaliyyətləri vasitəsilə Aİ-nin mesajları daha böyük kütləyə çatdırılıb.
- Regionda Aİ-nin mesajlarının daha böyük kütləyə çatdırılması və təsirinin artırılması vasitəsilə Aİ-nin rəsmi qurumları və agentliklərinə (Avropa Komissiyasın Baş Qərargahı, Aİ Nümayəndəlikləri və Aİ-nin maliyyələşdirdiyi layihələr) səmərəli strateji kommunikasiya dəstəyi təmin edilib.
- Gənc Avropa səfirlərindən ibarət fəal gənclər şəbəkəsi ictimaiyyətin məlumatlılığının artırılmasına yönəlmiş fəaliyyətlərə töhfə veriblər.
- Operativ və çevik xəbərlər sisteminə malik "Aİ-nin Şərq Qonşuları" layihəsinin səmərəli və məzmun cəhətdən zəngin internet səhifəsi.
- Aİ-nin kommunikasiya sahəsindəki yanaşmasına töhfə verəcək tam gücü ilə fəaliyyət göstərən daxili kommunikasiya platforması olan "EUDIGITOOL".
- 2015-2020-ci illər ərzində aparılan və təqdim olunan kəmiyyət və keyfiyyət xarakterli rəy sorğuları.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
www.facebook.com/groups/1762832023967493 #EU4youth #Strongertogether #EU4Azerbaijan">
EaP 10th anniversary launch event
Human Rights Day Campaign 2018
Youth campaign 2018 (Opening of the First Eastern Partnership European School in Tbilisi)
Environment campaign 2018
Cultural heritage campaign 2018
International Women's Day 2018
World Press Freedom Day 2018
Videolar
Clearing Plastic Waste in Georgia - Georgian
Clearing Plastic Waste in Georgia - English
EU4Youth in 2018 - Russian
EU4Youth in 2018
Supporting innovation in Science - Azerbaijani
Supporting innovation in Science - English
Tackling Domestic Violence in Armenia - Armenian
Tackling Domestic Violence in Armenia
Annual Survey 2020 - Ukrainian
Annual Survey 2020 - Russian
Annual Survey 2020 - Romanian
Annual Survey 2020 - Georgian
Annual Survey 2020 - Belarus
Annual Survey 2020 - Azerbaijani
Annual Survey 2020 - Armenian
Annual Survey video 2020
EU Benefits the Eastern Partnership
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Kommunikasiya və mediaya dəstək
Mövzular:
Media, Kommunikasiya, Media
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihə Vəziyyəti:
Tamamlandı
Başlama tarixi:
01.11.2015
Bitmə tarixi:
31.10.2020
AB Layihə nömrəsi:
367-143

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,