Aİ-nin Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ('EU NEIGHBOURS east')
Təsvir
Regional Kommunikasiya Proqramı ("EUNEIGHBOURS east") Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin strateji kommunikasiyalar üzrə operativ işçi qrupu (EEAS) tərəfindən birgə hazırlanan kommunikasiyaya dair yenilənmiş strateji yanaşmanın bir hissəsidir. Onun məqsədi strateji kommunikasiyalara dair fəaliyyətləri gücləndirmək, Aİ və onun siyasətləri haqqında daha geniş təsəvvür yaratmaq, eləcə də Aİ və Şərq Qonşuluğu regionunda dezinformasiyalara qarşı ictimai dayanıqlığı artırmaqdır.
Konkret məqsədi
- Avropa İttifaqının demokratiya, əməkdaşlıq və beynəlxalq həmrəylik ilə bağlı dəyərlərinin təşviqi vasitəsilə onun haqqında müsbət ictimai rəyin formalaşdırılması və bu qurumun Şərq Qonşuluğu regionunda olan fəal və əhəmiyyətli təsirə malik iştirakçı mövqeyinin göstərilməsi. - Aİ və onun fəaliyyətlərinin Şərq Qonşuluğu regionunda yaşayan insanların gündəlik həyatlarına təsirini nümayiş etdirən faktlar və ümumi maraq kəsb edən hekayələr vasitəsilə məlumatlılığın artırılması və tərəfdaşlığın nəticələri, eləcə də onun Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına faydası haqqında daha geniş təsəvvürün yaradılması. - Aİ və Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq haqqında müsbət ictimai debatın stimullaşdırılması və kommunikasiyanın yaxşılaşdırılması və regionda maksimum sayda insan kütləsinin əhatə olunması məqsədilə gənclər, KİV-lər, vətəndaş cəmiyyəti təşkilatları, elmi dairələr, dövlət orqanları və müxtəlif şəbəkə və assosiasiyalar ilə tərəfdaşlıqların qurulması. - Təmin edilən dəstəyin ölçülməsi və tərəfdaş ölkələrdə Aİ haqqında ictimai rəyin monitorinqinin aparılması. - Dezinformasiya ilə bağlı məsələlərlə mübarizə işinə töhfənin verilməsi və regionda informasiya sistemlərinin dayanıqlığının formalaşdırılması. - Böyük dəyişiklik istiqamətində islahatlarla bağlı cəmiyyətdə dinamikanın və tələbatın yaradılması və qorunub saxlanılması (cavabdehlik daşıyan və şəffaf dövlət idarəçiliyi, qanunun aliliyi, korrupsiya ilə mübarizə və məhkəmə sistemi daxil olmaqla). - İslahat prosesi ilə vətəndaşların gündəlik həyatındakı təsir və ya gözəçarpan yaxşılaşma arasında əlaqələndirilmələrin qurulması.
Gözlənilən nəticələr
- Şərq Qonşuluğu regionu vətəndaşları arasında Aİ, onun siyasətləri və əməkdaşlıq proqramları haqqında məlumatlılığın artırılması və daha geniş təsəvvürün yaradılması. - Səmərəli onlayn kommunikasiya platforması və kanallar vasitəsilə Aİ ilə əlaqəli məlumatlar, xəbərlər, iştirak imkanları və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən uğur hekayələrinin daha böyük kütləyə çatdırılması. - Güclü Gənc Avropa səfirləri şəbəkəsi və onların vətəndaş cəmiyyətinin iştirakçılığına yönəlmiş fəaliyyətləri vasitəsilə Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən olan gənclər arasında dialoqların gücləndirilməsi. - Rəqəmsal kommunikasiya infrastrukturu və strateji kommunikasiya üzrə yanaşma ilə əlaqədar kommunikasiya imkanlarının gücləndirilməsi. - Şərq Qonşuluğu regionunda Aİ haqqında kommunikasiya işində müvafiq beynəlxalq qurumlar və layihələr ilə səmərəli əlaqələrin və tərəfdaşlıqların qurulması. - Məlumatların və Aİ-nin mesajlarının çatdırılmasında media və qeyri-media tərəfdaşlarından ibarət şəbəkənin yaradılması. - Müntəzəm kəmiyyət və keyfiyyət xarakterli rəy sorğuları vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrində Aİ ilə əlaqədar ictimai rəy haqqında daha dolğun təsəvvürün yaradılması.
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələlərivə Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.