EU4Digital: Tədqiqat və təhsil icmalarının əlaqələndirilməsi layihəsi (EaPConnect)

Təsvir
İkinci EaPConnect layihəsi ilkin layihənin nailiyyətlərinə əsaslanaraq Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən olan tədqiqat və təhsil icmalarını bir araya gətirmək və rəqəmsal sahədə qeyri-bərabərliyi azaltmaq məqsədi daşıyır.
Layihə transsərhəd elmi mübadiləni gücləndirmək üçün şəbəkənin infrastrukturunu genişləndirəcək, EaPConnect çərçivəsində həyata keçirilən xidmətlərdən istifadəni artıracaq və elmi-tədqiqat sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək üçün yeni xidmətlər təklif edəcək, eyni zamanda yerli elmi-tədqiqat ekosistemlərində ŞT (MTTŞ) milli tədqiqat və təhsil şəbəkələrinin mövqelərini gücləndirəcək və tədbirlər, təlimlər və digər təşəbbüslər vasitəsilə bilik, bacarıq və əməkdaşlıq əlaqələri yaradacaq.
Konkret məqsədi
- Tədqiqat və təhsil üzrə şəbəkə infrastrukturunu və xidmətləri, eləcə də rəqəmsal texnologiyalar sahəsində qeyri-bərabərsizliyi azaltmaqla onların ŞT ölkələri daxilində genişləndirilməsi.
- Layihə başa çatdıqdan sonra milli tədqiqat və təhsil ekosistemlərini və rəqəmsal proqramlarını dəstəkləməyə davam etmək üçün beynəlxalq şəbəkə bağlantısının və milli tədqiqat və təhsil icmaları şəbəkələrinin dayanıqlığının artırılması.
- Digər Avropa infrastrukturları və təşəbbüsləri ilə əlaqələrin qurulması.
- ŞT ölkələrindən olan tədqiqatçıların və təhsil işçilərinin Avropa təşəbbüsləri və layihələrində, eləcə də Avropadakı digər tədqiqat və təhsil icmalarında iştirak etmələri üçün beynəlxalq əməkdaşlıqlardakı iştirakının dəstəklənməsi.
Gözlənilən nəticələr
- Tədqiqat və təhsil üçün ayrılmış yüksək ötürmə qabiliyyətinə malik şəbəkə infrastrukturunun əldə olunması və təmin olunması və onun ümumavropa GEANT şəbəkəsi ilə düzgün inteqrasiyasının təmin olunması.
- Tədqiqat və təhsil icmalarının resurslara çıxış imkanı və birlikdə işləmələri üçün onların ehtiyaclarını qarşılayacaq GEANT şəbəkəsinin üstün xüsusiyyətlərindən yararlanmaq və digər xidmətlərin təmin edilməsi.
- Benefisiar tərəfdaşların davamlılığını və onların layihə hədəflərinə çatmaq bacarıqlarını dəstəkləyən bilik və münasibətləri inkişaf etdirmək üçün təlimlərə, seminarlara və mentorluq proqramlarına çıxış imkanın təmin edilməsi.
- Layihənin, tərəfdaşların, müxtəlif maraqlı tərəflər arasındakı nailiyyətlərin və üstünlüklərin daha böyük kütləyə çatdırılması, o cümlədən məlumat mübadiləsi və insanlar arasında əlaqələrin qurulması üçün konfransların, istifadəçi icmaları ilə görüşlərin və digər tədbirlərin təşkili.
Layihə xəritəsi
Foto qalereya
Stories
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Əlaqələndirən tərəfdaşlıq, Yaradan tərəfdaşlıq
Alt sektor:
Rəqəmsal (geniş zolaqlı, mobil, elektron hökumət, rəqəmsal innovasiyalar, kiber), Təhsil, tədqiqat və innovasiyalar
Mövzular:
Rəqəmsallaşdırma, Tədqiqat və innovasiyalar
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
01.07.2020
Bitmə tarixi:
30.06.2025
AB Layihə nömrəsi:
407-452

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,