EU4Business - East Invest I və II

Təsvir
"EU4Business-East Invest" ticarətin asanlaşdırılması üzrə regional layihədir. Layihə Şərq Tərəfdaşlığı (ŞT) regionunun iqtisadi inkişafı və işgüzar mühitinin təkmilləşməsinə töhfə verir. Layihə həmçinin Şərq Tərəfdaşlığı ölkələrində və Aİ-də fəaliyyət göstərən və layihəyə qoşulan kiçik və orta ölçülü müəssisələrin (KOB) beynəlmiləlləşmə prosesini asanlaşdırır. Layihə çərçivəsində birbaşa xarici investisiyaların yeni axınının stimullaşdırılması mexanizmləri işlənib hazırlanacaq. Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri, eləcə də Şərq Tərəfdaşlığı ölkələrinin özləri arasında cari investisiyaların təşviqi prosesi gücləndirilərək regionda ticarətin genişlənməsinə imkan yaranacaq.
Konkret məqsədi
- Regional sərgilərdə iştirak daxil olmaqla, tərəfdaşlığa təşəbbüs göstərmək məqsədilə Aİ və ŞT ölkələrinin KOB-ları arasında zəruri əlaqələrin qurulması üzrə görüşlərin təşkili.
- KOB-ların şəbəkələşmə və ticarət səriştəsini və imkanlarını artırmaq üçün EAST-NET çərçivəsində KOB-lara texniki dəstəyin (TD) göstərilməsi.
- EAST-NET daxilində biznes fasilitatorlarına texniki dəstəyin təmin edilməsi, şəbəkəyə üzv KOB-ların dəstəklənməsində onların imkan və bacarıqlarının gücləndirilməsi.
- Bütöv East-İnvest regionunda KOB-lar üçün daha əlverişli işgüzar mühitin yaradılması məqsədilə onların imkanlarını artırmaq üçün EAST-NET çərçivəsində seçilmiş dövlət sektoru nümayəndələrinə texniki dəstəyin göstərilməsi.
Gözlənilən nəticələr
- Xüsusən KOB-ların, biznes fasilitatorların və dövlət sektorundan seçilmiş KOB-lar üzrə fasilitatorların şəbəkə mexanizmlərinə inteqrasiyası yolu ilə dövlət və özəl sektor arasında dialoqun gücləndirilməsi.
- İşgüzar əməkdaşlıq, qarşılıqlı ticarət, texnologiyaların ötürülməsi, gömrük prosedurları, məhsul standartları və investisiyalar üzrə sazişləri təşviq etmək üçün Aİ və ŞT şirkətləri arasında qabaqcıl təcrübələrin və əlaqələrin mübadiləsinin asanlaşdırılması.
- KOB şəbəkələrini təkmilləşdirmək və ticarəti təşviq etmək üçün Şərq Tərəfdaşlığı regionundan KOB-lara dəstək təşkilatlarının potensialının artırılması.
- Həm ŞT regionu (EAST-NET), həm də Aİ-də (EURONET) KOB-lara dəstək şəbəkəsinin yaradılması və möhkəmləndirilməsi.
Layihə xəritəsi
Foto qalereya
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaradan tərəfdaşlıq, Yaradan tərəfdaşlıq
Alt sektor:
İqtisadiyyat və ticarət, Məşğulluq və sahibkarlıq
Mövzular:
Biznes
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihə Vəziyyəti:
Tamamlandı
Başlama tarixi:
26.10.2010
Bitmə tarixi:
23.12.2017
AB Layihə nömrəsi:
253-271

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,