Aİ-nin Azərbaycanda Strateji Kommunikasiya layihəsi

Təsvir
Ümumi məqsəd Azərbaycanda bütün vətəndaşlar üçün regional və ikitərəfli Aİ dəstəyi və əməkdaşlıq proqramları vasitəsilə Azərbaycanda ictimai qavrayışın təkmilləşdirilməsinə, eləcə də Avropa siyasətlərinin və təsirlərinin daha yaxşı anlaşılmasına töhfə verməkdir. Layihə Aİ-nin sosial media hesablarının idarə edilməsi də daxil olmaqla Aİ-yə ümumi kommunikasiya dəstəyi, Aİ-nin maliyyələşdirdiyi layihələrə kommunikasiya dəstəyi, fotoqraf/videoqraf xidmətləri göstərir, təbliğat tədbirlərini, pres səfərləri, media brifinqləri, ictimai kampaniyaları təşkil edir, uğur hekayələri və videolar hazırlayır, təşviqat materiallarının satınalınmasını təmin edir. Bunlardan başqa layihə Digitool platformasının və eu4azerbaijan.eu veb səhifəsinin idarə olunmasına məsuldur.
Konkret məqsədi
Xüsusi məqsədlər aşağıdakılardır:
· Aİ, onun dəyərləri və Azərbaycandakı fəaliyyətləri barədə Azərbaycan ictimaiyyətiylə əlçatan bir şəkildə ünsiyyət qurmaq;
· Azərbaycan vətəndaşları üçün Aİ-nin maliyyə dəstəyi və Aİ-Azərbaycan əməkdaşlığından yaranan maddi faydalar barədə məlumatlılığı artırmaq.
Gözlənilən nəticələr
- Ümumi kommunikasiya dəstəyini təmin etmək;
- Təbliğat tədbirləri təşkil etmək;
- Aİ-nin maliyyələşdirdiyi layihələrə kommunikasiya dəstəyini təmin etmək;
- 12 uğur hekayəsi hazırlamaq;
- 5 qısa video/ animasiya dizaynı hazırlamaq;
- Media ilə əlaqələr yaratmaq;
- 4 ictimai kampaniya təşkil etmək;
- Aİ üçün təşviqat materiallarının satınalınmasını təmin etmək.
Layihə xəritəsi
PROJƏ ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Kommunikasiya və mediaya dəstək
Mövzular:
Kommunikasiya, Media
Layihə Vəziyyəti:
Tamamlandı
Başlama tarixi:
26.12.2020
Bitmə tarixi:
16.12.2021
AB Layihə nömrəsi:
410-143

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,