EU4Climate

Təsvir
"EU4Climate" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən icra edilir. Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Belarusun iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 6 üzv dövlətində həyata keçirilən Layihə bu ölkələrdə Paris İqlim Sazişinə əsasən iqlim dəyişmələri təsirinə davamlı və aşağı emissiyalı iqtisadiyyatın inkişaf etdirilməsi məqsədini daşıyır. 2022-ci ilədək davam edəcək Layihənin əsas nəticəsi olaraq iqlim dəyişmələrinin təsirinə davamlı və aşağı emissiyalı hədəflərin Avropa İttifaqının iqlim siyasəti və qanunvericiliyinə uyğun olaraq 6 ölkənin inkişaf strategiyası və proqramına inteqrasiyasına nail olmaq planlaşdırılır.

Hökuməti və beynəlxalq ictimaiyyəti MSMET-nin tətbiq olunması barədə məlumatlandırmaq üçün güclü yerli ÖHD sistemi yaradılacaqdır. Layihə Paris Sazişinin iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə kənd təsərrüfatı və energetika sahələrində tətbiq edilməsi üçün sənaye yönümlü təlimatlar hazırlayacaqdır.
Konkret məqsədi
Layihə Şərq Tərəfdaşlığı Proqramının 6 üzv dövlətində həyata keçirilən Paris İqlim Sazişinə əsasən iqlim dəyişmələri təsirinə davamlı və aşağı emissiyalı iqtisadiyyatın inkişaf etdirilməsi məqsədini daşıyır.
Gözlənilən nəticələr
- Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədinin yenilənməsi;
- Uzunmüddətli aşağı emissiyalı inkişaf strategiya planının hazırlanması;
- Qurumlararası məlumatlılıq və koordinasiyanın təkmilləşdirilməsi;
- Avropa İttifaqı iqlim qanunlarına daha sıx uyğunlaşma;
- Sektorlar üzrə uyğunlaşma planlarının qəbul edilməsi;
- İqlim üzrə maliyyə vəsaitinin daha çox səfərbər edilməsi.
Layihə xəritəsi
PROJƏ ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaşıllaşdıran tərəfdaşlıq
Alt sektor:
Ətraf mühit və iqlim dəyişikliyi
Mövzular:
Ətraf mühit
Layihə Vəziyyəti:
Tamamlandı
Başlama tarixi:
01.01.2019
Bitmə tarixi:
31.12.2022
AB Layihə nömrəsi:
387-538

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,