Azərbaycanda ən həssas qruplara daxil olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiya olunmuş sosial xidmətlərin yaradılması

Təsvir
Layihənin məqsədi seçilmiş rayonlarda uşaqlar üçün kompleks Erkən Uşaq Dövrü İnkişafı (EUDİ), icma əsaslı sosial xidmətlər və gənclər üçün xidmətlər kimi üç nəticəyə nail olmaqla daha həssas, risklərə məruz qalan və zəruri xidmətlərdən istifadə edə bilməyən uşaqların və gənclərin keyfiyyətli xidmətlərə, dəstəyə və imkanlara çıxış əldə edə biləcəyi bir mühitin yaradılmasıdır. Bütün layihə fəaliyyətləri yerli QHT-lər/VCT-lər, rayon hakimiyyət orqanları və seçilmiş rayonların icmaları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
Layihənin uğuru uşaqların inkişafı və sosial müdafiə sahəsində ardıcıl xidmət keyfiyyətini və çoxsektorlu yanaşmaları gücləndirməklə yanaşı, bütün ölkə üzrə ən həssas uşaqlara ən geniş xidmət spektrinin və yüksəktəsirli tədbirlərin həyata keçirilməsində dövlət və özəl qurumlarla birgə işləyən QHT-ləri/VCT-ləri dəyərli və etibarlı "üçüncü sektor" kimi bərqərar edəcəkdir.
Konkret məqsədi
- 2021-ci ilədək Gəncə, Ağcabədi, Şirvan və Abşeron daxil olmaqla 4 şəhərdə/rayonda uşaqların böyüməsi və onların inkişafı ilə bağlı ehtiyaclara yönəlmiş sağlamlıq, qidalanma, müdafiə, erkən təhsil xidmətləri və valideynlərin maarifləndirilməsi də daxil olmaqla, uşaqların erkən inkişafı ilə bağlı keyfiyyətli, kompleks və inklüziv proqramlara bərabər səviyyəli çıxışı olan azyaşlı və məktəbəqədər yaşlı qız və oğlan uşaqlarının, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sayının artması;
- 2021-ci ilədək Gəncə, Ağcabədi, Şirvan daxil olmaqla 3 şəhərdə/rayonda kompleks sosial xidmətlər sisteminin modelləşdirilməsinə töhfə verən keyfiyyətli, kompleks, inklüziv, uşaqyönümlü, bərabərliyə əsaslanan və icma əsaslı sosial xidmətlərə və uşaq müdafiəsi sistemlərinə çıxışı olan həssas vəziyyətdə olan uşaqların sayının artması;
2021-ci ilədək Bakının Binəqədi və Xəzər rayonları, Mingəçevir, Şəmkir, Qazax, Biləsuvar, Tərtər, Goranboy və Bərdə daxil olmaqla 8 rayonda rayon səviyyəli gənclər evlərinin ölkə miqyaslı şəbəkəsi və milli standartlara uyğun olaraq fəaliyyət göstərən və gender bərabərliyi və inklüziv cəmiyyəti təşviq edən digər platformlar vasitəsilə gənclərə yönələn kompleks xidmətlərə bərabər səviyyəli çıxışı olan yeniyetmələrin və gənclərin sayının artması.
Gözlənilən nəticələr
- Ümumilikdə 60 000 azyaşlı uşaq və onların valideynləri səhiyyə, qidalanma, uşaqların müdafiəsi və valideynlilik proqramları da daxil olmaqla EUDİ məsələləri üzrə konsultasiyalardan faydalanacaqlar (Abşeron, Gəncə, Şirvan, Ağcabədi); Məktəbəqədər yaş qrupunda olan 400-dək uşaq səhnəciklər, oyunlar və əlilliyi olan uşaqlar da daxil olmaqla digər uşaqlarla təmas vasitəsilə erkən təhsildən və məktəbəqədər dəstəkdən faydalanacaqlar (Abşeron, Gəncə, Şirvan, Ağcabədi);
- Həssaslığın qiymətləndirilməsi məqsədilə 4000-dək uşağın sosial işçilər tərəfindən əhatə olunacağı gözlənilir. Əlilliyi olan 200 uşağa isə onların inteqrasiyasına və inkişafına dəstək üçün konkret sosial xidmətlər göstəriləcəkdir (Gəncə, Şirvan, Ağcabədi);
- 3000-dək yeniyetmə və gənc gənclər üçün əlverişli xidmətlərə çıxışdan faydalanacaqdır, habelə təlim, idman, incəsənət tədbirlərində iştirak edəcəkdir (Bakının Binəqədi və Xəzər rayonları, Mingəçevir, Şəmkir, Qazax, Biləsuvar, Tərtər, Goranboy və Bərdə).
Layihə sənədləri
Beneficiaries
Training for sport coaches to improve their knowledge and skills on inclusion of children and youth with disabilities and girls into regular coaching process
Support to local authorities-youth small-scale projects through provision of small grants to YACs
Establishment of district-based Youth Advisory Councils (YACs)
Modelling of integrated and child focused social services in three districts of Ganja, Aghjabadi and Shirvan with a minimum package of services
Capacity building of community nurses, teachers and school psychologists in child protection referral mechanisms and basic child rights
Layihə xəritəsi
Training for sport coaches to improve their knowledge and skills on inclusion of children and youth with disabilities and girls into regular coaching process
Support to local authorities-youth small-scale projects through provision of small grants to YACs
Establishment of district-based Youth Advisory Councils (YACs)
Workshop on Early Childhood Development for the Communication for Social Change Strategy
Launch of the partnership event
Videolar
YAC project - Shamkir
YAC project - Gazakh
PROJƏ ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Vətəndaş cəmiyyəti
Mövzular:
Vətəndaş cəmiyyəti
Layihə Vəziyyəti:
Tamamlandı
Başlama tarixi:
01.02.2019
Bitmə tarixi:
31.07.2022
AB Layihə nömrəsi:
403-951

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,