“Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2”

Təsvir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, 2 avqust 2022-ci il tarixində icrasına başlanılmış və ümumilikdə 24 ay davam edəcək “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” Tvinninq Layihəsi, Azərbaycan Respublikası və Litva Respublikasının birgə layihəsidir. Layihə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi tərəfindən Litvanın digər strukturları ilə birgə həyata keçirilir.

Layihənin ümumi məqsədi Azərbaycanda pensiya sisteminin dayanıqlığının gücləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində xüsusi şərtlərlə pensiya təyinatının ümumi pensiya sisteminə daxil edilməsi mexanizmlərinə, rəqəmsallaşmanın
təkmilləşdirilməsinə, məlumatların toplanmasına və istifadəsinə, siyasi qərarların qəbulu üçün xüsusi proqnozlaşdırma vasitələrinin yaradılmasına, strateji planlaşdırmada potensialın gücləndirilməsi fəaliyyətlərinə xüsusi diqqət yetiriləcək.
Konkret məqsədi
Layihənin xüsusi məqsədi, Avropanın qabaqcıl təcrübələri əsasında pensiya sisteminin davamlılığının təmin edilməsi və təkmilləşdirilməsi istiqamətində Azərbaycan Hökumətinə dəstək olmaqdır.
Gözlənilən nəticələr
Nəticə 1. Hərtərəfli, dayanıqlı və səmərəli pensiya sistemi üçün zəruri olan tənzimləyici və institusional çərçivələr
gücləndirildi;
Nəticə 2. Pensiya sisteminin rəqəmsallaşdırılması asanlaşdırıldı;
Nəticə 3. Məlumatların toplanması, emalı, qiymətləndirilməsi, nəzarət və hesabat sistemi müasirləşdirildi;
Nəticə 4. Pensiya təminatında yeni aktuar modellər və proqnozlaşdırma üsulları işlənib hazırlandı.
Layihə xəritəsi
Foto qalereya
PROJƏ ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Vətəndaş cəmiyyəti
Mövzular:
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
02.08.2022
Bitmə tarixi:
02.08.2024
Sosial media:

AB Layihə nömrəsi:
042-185

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,