EU4Dialogue: təhsil və mədəniyyət vasitəsilə ayıran xətlər boyunca mübadilənin təkmilləşdirilməsi

Təsvir
Çoxkomponentli EU4Dialogue Proqramı Cənubi Qafqazda və Moldova Respublikasında ayıran xətlər boyunca dialoq mühitini və insanlararası təmasları təşviq edən təşəbbüsləri dəstəkləyir.

Layihənin məqsədi təhsil və mədəniyyət vasitəsilə ayıran xəttin hər iki tərəfində mübadilələri təkmilləşdirməkdir. Belçika, Fransa, Almaniya, İrlandiya, Latviya və Polşadan olan cəmi yeddi konsorsium tərəfdaşı ilə birqə ümumilikdə dörd iş paketi çərçivəsində qısa, orta və uzunmüddətli bir sıra tədbirlər həyata keçirilir.

Məktəblər, ali təhsil və mədəniyyət sahələrində şagird və tələbələrin Avropa İttifaqı (Aİ) ölkələrinə təhsil səfərləri, müəllimlər üçün onlayn dil kursları, yay məktəbləri, qonaq mühazirələr, rəssam rezidenturaları və eləcədə mədəni idarəetmə, pedaqogika, mədəni irs, teatr və kino üzrə təlim kursları kimi tətbirlər planlaşdırılıb.
Konkret məqsədi
- Münaqişədən təsirlənmiş ərazilərdəki məktəb və universitetlərdən olan dil müəllimləri və professorlarının potensialını gücləndirmək və onların Aİ həmkarları ilə bilik mübadiləsini asanlaşdırmaq.

- Münaqişədən təsirlənmiş ərazilərdən olan tələbələr üçün Aİ-yə təhsil səfərləri təşkil etmək.

- Təhsil və mədəniyyət sahələrində çalışan peşəkarlara təcrübəni ötürülmək.

- Hədəf bölgələrdə mədəni irs üzrə əməkdaşlıq layihələrinə dəstək vermək.
Gözlənilən nəticələr
- Ayıran xəttin hər iki tərəfində dialoqun təşviqçisi kimi Aİ-nin rolunun genişləndirilməsi.

- Münaqişənin təsirinə məruz qalan ərazilərdə gənclərin fəal iştirakı və orta təhsilin rolunun gücləndirilməsi.

- Hədəf bölgələrdə və eləcədə bölgələr ilə Aİ arasında dialoq üçün ali təhsildən istifadənin təkmilləşdirilməsi.

- Etimadın möhkəmləndirilməsi tədbirləri üçün mədəni irs obyektlərindən və mədəni məkanlardan istifadənin artırılması.

- İnsanlararası əlaqələrin artması ilə tərəflər arasında dialoqun təkmilləşdirilməsi.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Batumi Tourism School
DIES Workshop 2023
Summer School for Librarians 2023
DIES Workshop
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq, Qoruyan tərəfdaşlıq
Alt sektor:
Vətəndaş cəmiyyəti, Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Təhsil, Mədəniyyət
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
07.05.2021
Bitmə tarixi:
06.05.2025
Sosial media:

AB Layihə nömrəsi:
423-479

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,