Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi

Təsvir
Layihənin ümumi məqsədi çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və onlara qarşı mübarizə aparılması, cinayət yolu ilə əldə olunmuş gəlirlərin geri qaytarılması sahəsində dövlət orqanlarının potensialının artırılmasına yönələn institusional islahatların həyata keçirilməsi yolu ilə demokratiyaya və qanunun aliliyinə dəstək olmaqdır. Layihə fəaliyyətləri aşağıdakı üç sahəyə yönələcəkdir: 1) iqtisadi cinayətlərə qarşı mübarizə aparılması və onların qarşısının alınması sahəsində institusional potensialın gücləndirilməsi; 2) çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və digər növ iqtisadi cinayətlərin araşdırılması və təqib edilməsi, habelə cinayət yolu ilə əldə edilmiş gəlirlərin üzərinə həbs qoyulması, müsadirə edilməsi və geri qaytarılması sahəsində hüquq-mühafizə və məhkəmə orqanlarının potensialının gücləndirilməsi; 3) çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinə qarşı vahid mübarizə siyasətinin hazırlanması və risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün gələcək prioritet sahələrin müəyyənləşdirilməsinə dəstək göstərilməsi.
Konkret məqsədi
Layihənin ümumi məqsədi Avropa və beynəlxalq standartlara uyğun olaraq çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və onlara qarşı mübarizə aparılması, eyni zamanda cinayət yolu ilə əldə olunmuş gəlirlərin geri qaytarılması sahəsində Azərbaycanın dövlət orqanlarının potensialının artırılmasına yönələn institusional islahatların həyata keçirilməsi yolu ilə demokratiyaya və qanunun aliliyinə dəstək olmaqdır.
Gözlənilən nəticələr
- Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan institutlarının strateji və əməli potensialının artırılması;
- Cinayət yolu ilə əldə olunmuş gəlirlərin geri qaytarılması üzrə hüquqi və institusional bazanın yaradılması.
Beneficiaries
Main Counterparts: Anti-Corruption Directorate under the General Prosecutor’s Office and Financial Monitoring Service.
Layihə xəritəsi
Foto qalereya
Main Counterparts: Anti-Corruption Directorate under the General Prosecutor’s Office and Financial Monitoring Service.
PROJƏ ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Qanunun aliliyi və insan hüquqları
Mövzular:
Korrupsiya ilə mübarizə, Təhlükəsizlik
Layihə Vəziyyəti:
Tamamlandı
Başlama tarixi:
01.01.2019
Bitmə tarixi:
28.02.2023
AB Layihə nömrəsi:
399-648

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,