Azərbaycan Respublikasında hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi

Təsvir
Layihənin ümumi məqsədi:
Azərbaycanın, onun əhalisinin və iqtisadi sahələrin iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə davamlılığının və uyğunlaşma qabiliyyətinin artırılması.Layihənin xüsusi məqsədinə gəldikdə Milli Hidrometeorologiya Xidmətinin xidmət göstərmə qabiliyyətinin milli ehtiyacları ödəmək məqsədilə beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsini nəzərdə tutur.
Komponent 1: Hidrometeoroloji və iqlim xidmətlərinin davamlı və effektiv şəkildə təmin edilməsi üçün strateji, hüquqi və təşkilati bazanın gücləndirilməsi.
Komponent 2: Milli Hidrometeorologiya Xidmətinin texniki, əməliyyat və kommunikasiya imkanlarının təkmilləşdirilməsi. Milli Hidrometeorologiya Xidmətinin daha yaxşı meteoroloji, hidroloji və iqlim xidmətləri göstərməsi məqsədilə texniki, əməliyyat və kommunikasiya imkanlarının təkmilləşdirilməsi
Komponent 3: İnsan resurslarının inkişafı.Bu komponentin məqsədi Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarını hidrometeoroloji müşahidələrin daha yaxşı aparılması, proqnozların daha yaxşı hazırlanması və yayılması üçün zəruri olan təkmil peşəkar bilik və bacarıqlarla təmin etməkdir.

Konkret məqsədi
Layihənin xüsusi məqsədinə gəldikdə Milli Hidrometeorologiya Xidmətinin xidmət göstərmə qabiliyyətinin milli ehtiyacları ödəmək məqsədilə beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsini nəzərdə tutur.
Gözlənilən nəticələr
Nəticə 1: Hidrometeoroloji və iqlim xidmətlərinin göstərilməsini tənzimləyən milli qanunvericiliyin Aİ qanunvericiliyi və ÜMT standartlarına və tövsiyə olunan təcrübələrə uyğunluğunu təmin etmək
Nəticə 2: Hidrometeoroloji və iqlim xidmətlərini effektiv şəkildə daha da təkmilləşdirmək üçün strateji bazanın yaradılması.
Nəticə 3: Aİ və qabaqcıl beynəlxalq təcrübə nümunələri nəzərə alınmaqla Milli Hidrometeorologiya Xidmətinin yenidən təşkilinin dəstəklənməsi.
Nəticə 4: Meteoroloji, hidroloji və iqlim müşahidələrinin və məlumatların idarə edilməsinin daha yaxşı şəkildə təmin edilməsi məqsədilə Milli Hidrometeorologiya Xidmətinin texniki və əməliyyat imkanlarının təkmilləşdirilməsi.
Nəticə 5: Proqnozlaşdırma, erkən xəbərdarlıq və məlumat yayma sistemlərinin avtomatlaşdırılmasının təkmilləşdirililməsi.
Nəticə 6: Milli Hidrometeorologiya Xidmətinin daxili və xarici kommunikasiya və koordinasiya potensialının gücləndirilməsi.
Nəticə 7: Milli Hidrometeorologiya Xidmətinin tələbata əsaslanan və kommersiyalaşdırılmış xidmətlər göstərməsi qabiliyyətinin gücləndirilməsi
Nəticə 8: Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarının hidrometeoroloji və iqlim xidmətlərinin göstərilməsi potensialının gücləndirilməsi.
Layihə xəritəsi
Official Launch event of the EU funded twinning project
PROJƏ ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaşıllaşdıran tərəfdaşlıq
Alt sektor:
Ətraf mühit və iqlim dəyişikliyi
Mövzular:
Ətraf mühit
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
01.09.2022
Bitmə tarixi:
31.08.2024
Sosial media:

AB Layihə nömrəsi:
434-158

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,