Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı

Təsvir
Vətəndaş cəmiyyəti 2030-cu il Gündəliyinin dəstəklənməsində təbliğat və planlaşdırmadan tutmuş icra, monitorinq və hesabatlılığa qədər bir sıra mühüm rollara sahibdir. Azərbaycanda 2030-cu il Gündəliyinə nail olmaq üçün ölkə tərəfindən həyata keçirilən fəaliyyətlərə vətəndaş cəmiyyətinin də daxil edilməsinin təşviqi məsələsində BMTİP və Avropa İttifaqı uzunmüddətli tərəfdaşlıq tarixinə malikdir. Bu layihədə Aİ Nümayəndəliyi və BMTİP potensialların gücləndirilməsi və vətəndaş cəmiyyətinin dayanıqlı inkişafda effektiv şəkildə iştirak etməsi üçün müstəvi və imkanlar yaratmaq üçün əməkdaşlıq edir.
Konkret məqsədi
MƏQSƏDLƏR

Bu layihə Azərbaycanda vətəndaş cəmiyyəti sektorunun inkişafını və böyüməsini sürətləndirmək üçün çoxölçülü tədbiri olaraq nəzərdə tutulub. Layihənin uzunmüddətli məqsədi Azərbaycanda fəal, davamlı və innovasiyaya əsaslanan vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılmasına töhfə verməkdir. Xüsusilə, layihənin məqsədi: i) siyasətin hazırlanmasında vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqlarını gücləndirmək; ii) onların yerli inkişafda iştirakını dəstəkləmək; iii) sosial sahibkarlıq ekosisteminin inkişafı üçün siyasətləri təkmilləşdirmək və iv) sosial sahibkarlıq və innovasiyaların təşviqi üçün imkanlar təmin etmək. Layihə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, o cümlədən iqlim dəyişikliyi və COVID-19-dan sonrakı cavab tədbirləri kimi məsələlər üzrə fəaliyyət göstərir.

Gözlənilən nəticələr
Layihənin məqsədlərinə aşağıdakı nəticələr vasitəsilə nail olunacaq:

1. VCT-lərin inkişaf məsələləri ilə bağlı siyasətlə məşğul olmaq imkanları gücləndirilir.
2. Regional VCT-lərin yerli inkişaf proseslərində iştirakı üçün lazimı potensialı qurulur.
3. Sosial sahibkarlığın başlaması və inkişafına dəstək üçün əlverişli ekosistem və səmərəli imkanlar təkmilləşdirilir.
4. Sosial Sahibkarlıq Platforması yaradılır və təşviq edilir.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Videolar
Public Policy & Research training for CSOs
Data & Logframe capacity building training programme for CSOs
Public Policy & Research training for CSOs
Data & Logframe capacity building training programme for CSOs
PROJƏ ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq, Yaradan tərəfdaşlıq, Yaşıllaşdıran tərəfdaşlıq
Alt sektor:
Vətəndaş cəmiyyəti, Məşğulluq və sahibkarlıq, Ətraf mühit və iqlim dəyişikliyi
Mövzular:
Vətəndaş cəmiyyəti, Tədqiqat və innovasiyalar
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
01.12.2020
Bitmə tarixi:
30.08.2024
AB Layihə nömrəsi:
418-592

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,