Azərbaycanda Sanitariya və Fitosanitariya (SFS) tədbirlərinin gücləndirilməsi

Təsvir
"AZ 17 ENI AG 01 20: Azərbaycanda Sanitar və Fitosanitar (SFS) tədbirlərinin gücləndirilməsi" adlı Tvinninq layihəsinin qanunvericiliyin daha da uyğunlaşdırılması, qeydiyyat və alqı-satqı icazələrinin verilməsi və bitki mühafizə məhsullarına nəzarətin həyata keçirilməsi üçün sistemin işlənib hazırlanması, çirkləndirici qalıqlarının monitorinqi proqramlarının hazırlanması və İT əsaslı fitosanitar məlumat sisteminin inkişafı ilə əlaqəli dörd əsas komponenti (mütləq nəticəsi) vardır. Layihə fəaliyyətləri Aİ-nın qanunvericilik tələblərinin daşıdığı məqsədləri və onların Azərbaycana məxsus cəhətlərini nəzərə almaqla necə yerinə yetirilməsinin izahına yönəldiləcəkdir. Mütləq nəticələr layihə zamanı həyata keçiriləcək çoxsaylı fəaliyyətlər vasitəsilə əldə ediləcəkdir: boşluqların təhlili, müvafiq qanunvericilik aktlarının hazırlanması, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq heyəti və digər maraqlı tərəflər üçün təlimlərin keçirilməsi, AQTA-nin rəsmi laboratoriyalarında potensialın/bilik və bacarıqların artırılması. Layihənin bütün fəaliyyətlərinə Rəhbər Komitənin iclas üzvləri tərəfindən rüblük olaraq nəzarət edilir.
Konkret məqsədi
Layihənin konkret məqsədi, bitki mənşəli qida və yem məhsullarını hədəf götürərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sanitar və Fitosanitar normalara uyğun qanunvericilik hazırlamaq və həyata keçirilməsini təmin etmək potensialını gücləndirməkdir.
Gözlənilən nəticələr
Nəticə 1: Aİ-nın hüquqi normativ bazası ilə daha da uyğunlaşdırılmış qida təhlükəsizliyi üzrə milli əlavə qanunvericilik;
Nəticə 2: Qanunvericilik bazası və bitki mühafizə məhsullarının qeydiyyat və alqı-satqı icazələrinin əldə edilməsi və nəzarəti sistemi üçün hazırlanmış və AQTA tərəfindən təsdiqlənmiş təkliflər;
Nəticə 3: Bitki mənşəli məhsullardakı pestisid qalıqları, ağır metallar, mikotoksinlər və digər arzuolunmaz / qadağan olunmuş maddələr üçün monitorinq proqramlarına dair, AQTA səviyyəsində hazırlanmış və təsdiq edilmiş təklif, o cümlədən, daha sonra həmin təsdiqlənmiş proqramların həyata keçirilməsində köməklik göstərilməsi;
Nəticə 4: AQTA tərəfindən təsdiqlənəcək IT əsaslı Fitosanitar Məlumat Sisteminin yaradılması üçün təklif.
Layihə xəritəsi
Activity 1.2: Development of 10 priority food safety secondary legislation drafts - Mission of the Short-term expert with focus on the "Legal Act Draft on Pesticide residues on food and feed"
Activity 4.1: Content and structure of IT data collection system. Mission of Short-term experts including meetings with AFSA representatives based on ZOOM platform.
PROJƏ ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Layihə Vəziyyəti:
Tamamlandı
Başlama tarixi:
16.11.2020
Bitmə tarixi:
15.11.2022

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,