3000-ə yaxın məktəbə “eTwinning School” beynəlxalq statusu verilib
martie 26, 2021

3000-ə yaxın məktəbə “eTwinning School” beynəlxalq statusu verilib


Martın 22-də Aİ-nin “eTwinning” proqramı 2935 məktəbin 2021-2022-ci illər üzrə “eTwinning School” adlı beynəlxalq statusa layiq görüldüyünü açıqlayıb. Həmin məktəblər arasında Şərq Tərəfdaşlığı ölkələrində yerləşən çoxlu sayda məktəb var.  Bu məktəblər rəqəmsal texnologiyalar və elektron təhlükəsizlik sahələrindəki təcrübələri, pedaqogikada innovativ və yaradıcı yanaşmaları, işçilərin davamlı peşəkar inkişafının təşviqi, müəllimlər və tələbələrlə birlikdə əməkdaşlıq şəraitində təhsilin təşviqini həyata keçirən qabaqcıl fəaliyyətləri ilə seçilir.

eTwinning School” statusu məktəbin eTwinning-in əhəmiyyətini və dəyərlərini tanıması və məktəb rəhbərliyinin dəstəyi ilə onları məktəbin siyasətlərinə, təcrübə və peşəkar inkişafına daxil etməsi deməkdir.

Sözügedən status Şərq Tərəfdaşlığı ölkələrindən olan Azərbaycanda on iki, Ermənistanda dörd, Gürcüstanda yeddi, Moldovada altı və Ukraynada on üç məktəbə təqdim edilib.

eTwinning” məktəblər üçün dəstək, təhsil vasitələri və xidmətlərlə yanaşı, müəllimlər üçün pulsuz və davamlı onlayn peşəkar inkişaf imkanları təmin edir. Eyni zamanda Avropada məktəblər arasında əməkdaşlığı təşviq edir.

Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadakı məktəblər Avropanın Qonşuluq regionunu əhatə edən “eTwinning Plus “ proqramı vasitəsi ilə təşəbbüsdə iştirak edə bilərlər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



CEL MAI CITIT



Interesat(ă) de ultimele știri și oportunități?

Acest site este gestionat de Programul Regional de Comunicare finanțat de UE pentru Vecinătatea Estică ("VECINII UE de la est") 2020-2024. Programul completează și sprijină comunicarea Delegațiilor Uniunii Europene în țările partenere din est și operează sub îndrumarea Direcției Generale Vecinătate și Negocieri privind Extinderea a Comisiei Europene și a Serviciului European de Acțiune Externă. Programul este implementat de consorțiul condus de GOPA PACE.


Informațiile de pe acest site sunt guvernate de Declarația privind limitarea răspunderii și protecția datelor cu caracter personal. © European Union,