Buça qətliamı: Aİ 19 Rusiya diplomatının geri göndərilməsi haqqında qərar qəbul edib
6 Ապրիլի, 2022

Buça qətliamı: Aİ 19 Rusiya diplomatının geri göndərilməsi haqqında qərar qəbul edib


Aprelin 6-da Rusiyanın Aİ yanında daimi nümayəndəliyinin 19 üzvü diplomatik statuslarına zidd fəaliyyət göstərdiklərinə görə “persona non-grata” elan edilib. Aİ bu qərarı Ukraynanın işğaldan azad edilmiş bir sıra şəhərlərində, xüsusilə də Buça şəhərində Rusiya silahlı qüvvələrinin törətdiyi vəhşiliklər barədə məlumatlar yayıldıqdan sonra qəbul edib. 

“Avropa İttifaqı Rusiya nümayəndəliyinin təyin olunmuş üzvlərinin Aİ və ona üzv ölkələrin maraqlarına və təhlükəsizliyinə qarşı qanunsuz və təxribatçı hərəkətlərinə cavab olaraq hərəkət edir. Bu hərəkətlər Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasını pozur”, — Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mətbuat üçün açıqlamasında belə deyilir.

EEAS-ın baş katibi Stefano Sannino Rusiya Federasiyasının Avropa İttifaqındakı səfiri Vladimir Çijovu bu qərarı ilə bağlı məlumatlandırmaq üçün onunla görüşüb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Հետաքրքրվա՞ծ եք վերջին նորություններով ու հնարավորություններով

Այս կայքը կառավարվում է 2020-2024թթ. համար Եվրամիության կողմից ֆինանսավորվող Արևելյան հարևանության տարածաշրջանային հաղորդակցության ծրագրի («ԵՄ արևելյան հարևաններ») կողմից: Ծրագիրը լրացնում և աջակցում է գործընկեր երկրներում ԵՄ պատվիրակությունների հաղորդակցական գործունեությանն ու աշխատում է Եվրոպական հանձնաժողովի Հարևանության քաղաքականության և ընդլայնման բանակցությունների գլխավոր տնօրինության ու ԵՄ արտաքին գործողությունների ծառայության ղեկավարության ներքո: Ծրագիրն իրականացնում է B&S Europe-ի գլխավորած կոնսորցիումը:


Սույն կայքում առկա տեղեկատվությունը կարգավորվում է պատասխանատվության սահմանափակման և անձնական տվյալների պաշտպանության մասին դրույթներով:
© European Union,