İndi müraciət edin və “Gənc Avropa səfirlərindən” biri olun!
Sentyabr 4, 2023

İndi müraciət edin və “Gənc Avropa səfirlərindən” biri olun!


Altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) hər hansı biri, Avropa İttifaqı və ya Böyük Britaniyadan* olan 16-26 yaş arası gənclər 8 oktyabr tarixinədək “Gənc Avropa səfirləri” təşəbbüsünə qoşulmaq üçün müraciət edə bilərlər. 

Ərizə qəbuluna 4 sentyabr tarixində “EU NEIGHBOURS east” layihəsi tərəfindən başlanıb. Ərizəçilər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və ya altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna) hər hansı birinin vətəndaşı olmalı;
  • 16-26 yaş arası gənclər;
  • İngilis dilini yaxşı səviyyədə bilməli;
  • Aİ-nin fəaliyyəti və yaşadığı ölkənin Aİ ilə tərəfdaşlığı və əməkdaşlığı mövzularında maraqlı olmalı;
  • ictimai diplomatiya və ideyaların təbliği istiqamətində fəaliyyətlərdə maraqlı olmaq, bilik, bacarıq və məlumatları bölüşməyə hazır olmalı;
  • öz ölkəsinin və cəmiyyətinin inkişafına töhfə verməkdə həvəsli olmalı;
  • könüllülük fəaliyyətlərində maraqlı olmaq və vətəndaş cəmiyyətinin cəlb olunduğu fəaliyyətlərə kifayət qədər vaxt ayırmağa hazır olmalı.

Seçilmiş namizədlər onlayn və dialoqların əsas yer tutduğu tədbirlərdə iştirak edəcək, o cümlədən öz ölkələrinin gənclərini həm yerli, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil etmək imkanı qazanacaqlar. Daha ətraflı məlumatı ərizə forması səhifəsində tapa bilərsiniz.

Ərizəçilərdən 8 oktyabr 2023-cü il tarixinə qədər ərizə formasını doldurub təqdim etmək tələb olunur. Müraciət edənlərdən həmçinin təşəbbüsdə iştirak etməkdə maraqlı olduğunu ifadə etmək və ərizə formasına əlavə olaraq yaradıcılıqla bağlı bir tapşırıq yerinə yetirmək istənilə bilər. 

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. 

Daha çox öyrən

Bildiriş

Ərizə forması

Gənc Avropa səfirləri və tez-tez verilən suallar

Cari Gənc Avropa səfirləri ilə tanış olun

*2016-cı ildə başladığı gündən etibarən Gənc Avropa səfirləri  təşəbbüsünə qatılan Böyük Britaniyadan olan gənclər, təşəbbüsdə iştirak etməyə davam edir və YEAs təşəbbüsünə üzv olmaq hüququna malikdirlər.

BAĞLANIŞ TARİXİ:

Oktyabr 8, 2023

İMKANIN NÖVÜ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,