Avropa Komissiyasında təcrübə proqramlarında iştirak üçün avqustun 31-nə qədər müraciətlərin qəbuluna başlanıb
Avqust 4, 2022

Avropa Komissiyasında təcrübə proqramlarında iştirak üçün avqustun 31-nə qədər müraciətlərin qəbuluna başlanıb


2023-cü ilin mart ayında başlayacaq təcrübə proqramlarına artıq qeydiyyat başlanıb.

“Blue Book” təcrübə proqramı Aİ direktoratlıqlarında, təsisat və qurumlarında ödənişli təcrübə sayəsində praktiki təcrübə əldə etməyə imkan yaradır. Təcrübə proqramlarına qoşulan şəxslər Aİ-nin qurumlarının yerləşdiyi Avropa İttifaqının istənilən yerində, məsələn  Brüsseldə, Lüksemburqda yerləşdiriləcəklər.

Proqramlarda əsasən Aİ ölkələrinin vətəndaşları iştirak edəcək, ancaq Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün də məhdud sayda yer ayrılıb.

Aİ təsisatlarında, orqan, qurum və ya nümayəndə heyətində altı həftədən çox iş təcrübəsi olmayan və ingilis, alman və ya fransız dillərini yaxşı bilən hər hansı bir ixtisas üzrə universitet məzunları müraciət edə bilər.

Ərizələrin son qəbulu tarixi 31 avqust 2022-ci ildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Avqust 31, 2022

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,