Publication type: İnformasiya bülletenləri

Azərbaycanda Nazirlik və Dövlət Komitələrində Çalışan Genderə Məsul Şəxslər üçün Gender Vəsaiti

Azərbaycanda Nazirlik və Dövlət Komitələrində Çalışan Genderə Məsul Şəxslər üçün Gender Vəsaiti adlı kitabça Azərbaycanda mərkəzi dövlət qurumlarında təyin olunan GMŞ-lər üçün hazırlanmışdır. Azərbaycanda Nazirlik və Dövlət Komitələrində Çalışan Genderə Məsul Şəxslər üçün Gender VəsaitiDownload

Continue reading

Azərbaycan Bələdiyyələrində Gender Bərabərliyi Komissiyalarının Fəaliyyəti üçün Gender Vəsaiti 

Azərbaycan Bələdiyyələrində Gender Bərabərliyi Komissiyalarının Fəaliyyəti üçün Gender Vəsaiti adlı kitabça Azərbaycanda bələdiyyələrin nəzdində yaradılan və gələcəkdə yaradıla biləcək Gender Komissiyaları üçün hazırlanmışdır. Azərbaycan Bələdiyyələrində Gender Bərabərliyi Komissiyalarının Fəaliyyəti üçün Gender Vəsaiti Download

Continue reading

Gender bərabərliyi maarifləndirici kitabça

Gender bərabərliyi nədir və nə üçün vacibdir Qadınlar və qızlar dünya əhalisinin yarısını təşkil edir, bu isə həm də o deməkdir ki, onlar mövcud potensialın yarısını təşkil edir. Lakin hələ də gender bərabərsizliyi hər yerdə davam edir və sosial tərəqqidə durğunluq yaradır. Gender bərabərliyi maarifləndirici kitabçaDownload

Continue reading

Sı̇yasətlərı̇n hazırlanmasında gender amı̇lı̇nı̇n nəzərə alınması üzrə bələdçı̇ kı̇tabçası

Layihə çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları üçün genderə həssas siyasətlərin tərtib edilməsi və həyata keçirilməsi üzrə təlim təşkil edilmişdir.Bələdçi Kitabçası təlimin təqdim etdiyi əsas mövzuları əhatə edir. Bunlar aşağıdakılardır: Gender bərabərliyi və siyasətlərin məzmunuSiyasətlərin hazırlanması və icrası prosesinə gender amilinin ardıcıl və dolğun şəkildə daxil edilməsiGenderə neytral siyasətlər, zərərli stereotiplər və ehtimallar Genderə həssas siyasətlərSiyasətin gender həssaslığının artırılması Bu bələdçi kitabçası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və...

Continue reading

Icma əsaslı layihələrdə inklüziv iştirakın gücləndirilməsi üzrə bələdçi

Bu bələdçi kitabçası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində hazırlanmışdır  layihən fəaliyyətlərinin tərkib hissəsi olaraq, vətəndaş cəmiyyəti təşkilatları üçün inklüziv icma iştirakına əsaslanan layihələrin tərtib edilməsi və həyata keçirilməsi üzrə təlim təşkil edilmişdir. Bələdçi Kitabçası təlimin tərkibində yer alan əsas mövzuları təqdim edir. Bunlar aşağıdakılardır: icma inkişafı: əsas anlayışlarGüclü və inklüziv icma inkişafı...

Continue reading

Gender-əsaslı ehtı̇yaclara cavab verən və gender nı̇zamını dəyı̇şdı̇rən ı̇cma layı̇hələrı̇nı̇n hazırlanması və ı̇crası üzrə bələdçı̇ kı̇tabçası

Layihə çərçivəsində vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri üçün müvafiq təlimlər təşkil edilmişdir. Bələdçi Kitabçası təlimin təqdim etdiyi əsas mövzuları əhatə edir. Bunlar aşağıdakılardır: Genderə həssas yanaşma: əsas anlayışlar və onların icma layhələrində tətbiqiİcma inkişafı və genderə həssas layihələrin hazırlanması  Bu bələdçi kitabçası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində hazırlanmışdır. 

Continue reading

Ali təhsildə gender meynstriminqi: hüquq məktəbi üçün yoxlama siyahısı

Bu yoxlama siyahısında ali təhsil müəssisələri, xüsusən də hüquq məktəbləri tədris proqramında gender meynstriminqini planlaşdırdığı zaman diqqətə alınacaq vacib məqamlar öz əksini tapmışdır. Avropa Şurasına əsasən gender meynstriminqi siyasətlərin, proqramların və ya layihələrin hazırlanmasında həm qadınların, həm də kişilərin qayğılarının, ehtiyaclarının, yaşayış şəraitinin və şərtlərinin nəzərə alınması deməkdir. Hüquq məktəbləri kontekstində bu, tədris proqramının tərtib olunması prosesinin bütün aspektlərində gender bərabərliyi perspektivinin daxil edilməsini təmin etmək deməkdir. Bu...

Continue reading

Birlikdə Gender Stereotipləri və Gender Əsaslı Zorakılığa Qarşı: Atalıq Proqramları üzrə Məcmuə

“Birlikdə Gender Stereotipləri və Gender Əsaslı Zorakılığa Qarşı: Atalıq Proqramları üzrə Məcmuə” valideynlik bacarıqları, ataların qayğı göstərmə münasibətlərinə cəlbi və ailədaxili şiddətin azaldılması sahələrində qabaqcıl təcrübələri təqdim edir. Vəsait Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birlikdə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində hazırlanıb. Hazırkı məcmuə zərərli gender normaları ilə mübarizəyə yönələn...

Continue reading

SEKSİZM: ONU GÖR, ONA AD QOY, ONU DAYANDIR

Bu tərcümə Avropa İttifaqının və Avropa Şurasının birgə maliyyələşdirdiyi “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanıb, 2021.  Bu broşura seksizmin nə olduğunu izah etmək və “seksizmdən və onun təzahürlərindən azad bir Avropa yaratmaq” üçün tələb olunan dünyagörüşü dəyişikliyini necə təşviq etmək barədə ideyalar təqdim etmək üçün hazırlanmışdır.

Continue reading

Gender yönümlü həssas yanaşma

Bu kitabça gender yönümlü həssas yanaşma strategiyası, alət və metodlarından bəhs edir. Vəsait dövlət qulluqçuları, gender bərabərliyi üzrə müəllimlər, tələbələr, genderşünaslar, elmi işçilər, ümumiyyətlə, gender bərabərliyi məsələsi ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulmuşdur.  Vəsait Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Zusammenarbeit (GIZ) GmbH) Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə layihəsi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində nəşr olunmuşdur.

Continue reading

Qadın Hüquqları və Məişət Zorakılığı Hallarının Milli Qanuna və Şəhər və Rayon Hakimləri üçün Avropa Standartlarına uyğun olaraq Baxılması haqqında Təlimlər üçün Dərslik

Bu nəşr Avropa İttifaqının maliyyə yardımı “Azərbaycanda Məişət Zorakılığı Qurbanlarının Təhlükəsizliyinin və onlara Dəstəyin Təmin edilməsi üçün Dövlət Qurumlarının və Yerli Səviyyədə İstiqmətləndirmə Mexanizmlərinin Potensialının Gücləndirilməsi” adlı Aİ Tvinninq layihəsi çərçivəsində hazırlanmışdır. Məişət zorakılığı üçün Təlimat Kitabçası ümumiyyətlə hakimlərə tutarlılığı və məlumatlı qərar verməyi təşviq etmək üçün məişət zorakılığı qanununa ümumi bir baxışı təmin etmək üçün yazılır və paylanır. Hazırlanan məlumat vərəqələri və slaydların ümumi məqsədləri bunlardır: — Müvafiq məhkəmə...

Continue reading

AZƏRBAYCANDA QADINLARA QARŞI ZORAKILIĞIN İQTİSADİ YÜKÜ

Qadınlara qarşı zorakılıq probleminə yönələn normativ cavab tədbirlərini gücləndirmək məqsədilə, BMT-nin Əhali Fondunun Azərbaycandakı Ölkə Nümayəndəliyi 2018-ci ildə qadınlara qarşı zorakılığın iqtisadi nəticələri ilə bağlı yenilikçi bir tədqiqat başlamışdır. Bu tədqiqatın əsas məqsədi yeni iqtisadi dəlillərdən istifadə edərək qadınlara qarşı zorakılıqla bağlı “sıfır tolerantlıq” siyasətinin təşviqinə yönələn səylər və maarifləndirmə kampaniyalarına dəstək göstərməkdən ibarət idi. İqtisadi hesablamalar qadınlara qarşı zorakılığın doğurduğu potensial xərclərin bir neçə kateqoriyası üzrə...

Continue reading

Azərbaycanda özəl sektorda qadınlar. İmkanlar və çətinliklər. Gender Qiymətləndirməsi Hesabatı.

Qiymətləndirmənin başlıca məqsədi qadınların özəl sektor iqtisadiyyatında iştirakına təsir edən amilləri müəyyən etmək, o cümlədən qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərən milli hökumət qurumları, özəl sektor iştirakçıları və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinə töhfə vermək olub. Qiymətləndirmənin əsas vəzifələri qadınların iş imkanlarından yararlanması, layiqli iş yerləri ilə təmin edilməsi və özəl sektorda uğurlu karyera qurmasının qarşısını alan gender əsaslı amilləri müəyyən edib təhlillər aparmaqdan ibarət olub. Qiymətləndirmə...

Continue reading

BİRLİKDƏ GENDER STEREOTİPLƏRİ VƏ GENDER ƏSASLI ZORAKILIĞA QARŞI: HAMİLƏLİK VƏ DOĞUŞ ZAMANI KİŞİLƏRİN CƏLB EDİLMƏSİ ÜZRƏ RESURS KİTABÇASI,

“Birlikdə Gender Stereotipləri və Gender Əsaslı Zorakılığa Qarşı: Hamiləlik və doğuş zamanı kişilərin cəlb edilməsi” üzrə Resurs Kitabçası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birlikdə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində tərtib edilib. Bu resurs kitabçası peşəkar tibb mütəxəssisləri üçün hazırlanmışdır. Sənədin hazırlanmasında məqsəd tibb işçilərinin kişilərlə hamiləlik və doğum müddətində iş aparmasına və fəal...

Continue reading

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,