"EU NEIGHBOURS EAST" layihəsi və FOTOFESTIWAL Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada çalışan peşəkar fotoqrafları Aİ tərəfindən maliyyələşdirilən "Ailə bağları" mövzusunda keçirilən foto müsabiqədə iştirak etməyə dəvət edib. Müsabiqə 2022-ci ilin noyabr ayı - 2023-cü ilin yanvar ayı arasında keçirilib.

400-dən artıq layihənin təqdim olunduğu müsabiqədə beş aparıcı  beynəlxalq hakimdən ibarət münsiflər heyəti hər ölkədən üç fotoqraf olmaqla finalçıların siyahısını tərtib edib. Foto müsabiqənin altı qalibi mart ayının sonunda Tbilisidə təşkil olunan mükafatlandırma gecəsində elan edilib. Onların hər birinə 1 000 avro dəyərində mükafat verilib. Final mərhələsinə keçən fotoqraflar və qaliblərlə tanış olmaq üçün səhifəni aşağı sürüşdürün. Onların layihələrinə baxmaq üçün keçidlər də verilib. Fərdi səhifələr İngilis dilindədir.

ERMƏNİSTAN

Mane Hovhannisyan

FABULA

Hrant Xaçatryan

YENİDOĞULMUŞ

BELARUS

Tatsiana Tkaçova

VƏTƏN

Paşa Kriçko - QALİB

BELARUS BAĞLANTILARI

GÜRCÜSTAN

Natela Qriqalaşvili - QALİB

GÜRCÜ KÖÇƏRİLƏRİNİN SON GÜNLƏRİ

Tako Robakidze

"SÜLHMƏRAMLILAR"

Yekaterina Kolesnikova

SƏHƏR ÇOX TEZ GƏLİR

MOLDOVA

Mariya Gutu

VƏTƏN

Ramin Mazur

SOL SAHİL

Katerina Şoşeva - QALİB

SEM'YA

UKRAYNA

Artyom Humilevskyi

KÖKLƏR

Olena Morozova

NƏNƏCAN

Marisiya Myanovska - QALİB

QARDAŞ, İNCƏSƏNƏT HARDADIR?

Niyə "Ailə bağları"?

Müsabiqəyə “Ailə bağları” mövzusunu bədii, sosial və xüsusilə də şəxsi interpretasiyada nümayiş etdirən fotoşəkillər təqdim olunub. Ailəmiz bizi köklərimizə, mədəniyyət və adət-ənənələrimizə necə bağlayır, baxışlarımıza və gələcəyimizə necə təsir edir? Hansı bağlar ailəni təsnif edir və bağımlılıq hissini təmin edir? Dəyişən dünya, texnologiyalar, münaqişələr, sevgi və itkilər bu əlaqələrə necə təsir edir?

Son üç ildə biz ailə bağlarının əhəmiyyətini və kövrəkliyini xüsusilə hiss etdik. COVID-19 bizi evdə qalmağa və bir-birimizdən təcrid olmağa məcbur etdi. Sosial izolyasiya çoxumuz üçün ağrılı oldu, münasibətlərimizi dəyişdi. Keçən il bütün dünya müharibənin bir anda ailələri neçə parçaladığını gördü. Eyni zamanda, bir çox ailələr öz evlərinin qapısını qaçqınların üzünə açdı və onları ailələrinə qəbul etdilər.

Hakimlər

Münsiflər

Münsiflər www.picter.com platforması vasitəsilə təqdim olunan işlərə səs veriblər. Qrup yekun qərarları qəbul etmək üçün fevral ayında onlayn qaydada görüşüb.

Lars Berinq

Avropa Jurnalistika Mərkəzinin (EJC) direktoru və kreativ fotoqrafiya üzrə konsaltinq platforması olan Triggertale.com-un təsisçisidir.

Emma Bouket

"Financial Times Weekend" jurnalı və kurator obyektiv əsaslı incəsənət və müasir vizual mədəniyyətə diqqət yetirib.

Arianna Rinaldo

Fotoqrafiyanın müxtəlif janrları ilə işləyən sərbəst peşəkardır. O, “Cortona On The Move” adlı beynəlxalq festivalın keçmiş bədii rəhbəridir.

Karolina Gembara

Fotoqraf və tədqiqatçıdır. Onun işlərində ev, bağımlılıq, miqrasiya, şəxsiyyət dəyişikliyi mövzuları yer alır.

Milika Saraseviç

Avropa Komissiyasında mətbuat katibi və strateji kommunikasiyalar üzrə məsul şəxsdir.

Təşkilatçılar haqqında

Müsabiqə EU NEIGHBOURS EAST proqramı  tərəfindən Fotofestiwal ilə birgə təşkil olunur. EU NEIGHBOURS EAST proqramı Avropa İttifaqı, onun siyasətləri və Şərq Qonşuluğunda dəstək layihələri haqqında məlumatlılığı artıran, Aİ tərəfindən maliyyələşdirilən regional kommunikasiya proqramıdır. Proqram Aİ-nin Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadakı nümayəndəlikləri tərəfindən həyata keçirilən kommunikasiya fəaliyyətlərini tamamlayır. Fotofestiwal təşkilatı 2001-ci ildə peşəkar fotoqraflar tərəfindən təsis edilib və o vaxtdan etibarən Avropanın ən böyük fotoqrafiya festivallarından birinə çevrilib. Bu təşkilatın yarışların keçirilməsi və nəticələrin nümayiş etdirilməsi sahəsində 20 ildir artıq zəngin təcrübəsi var.

Əlaqə məlumatları

[email protected]