Yeni onlayn platforma KOB-lara hüquq və bizneslə bağlı məsləhətlər verəcək
Sentyabr 14, 2021

Yeni onlayn platforma KOB-lara hüquq və bizneslə bağlı məsləhətlər verəcək


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən mikro, kiçik və orta ölçülü sahibkarlıq müəssisələri üçün qanunvericilik və biznes sahəsində təlimatlar təmin edən onlayn resursunu istifadəyə verib. Məqsəd sözügedən müəssisələrin COVİD-19 pandemiyasından sonra yaranan yeni çətinliklərin öhdəsindən gəlməsinə kömək etməkdir. 

Yeni veb-sayt, müəssisə sahiblərinə və rəhbərlərinə təchizatçılarla, müştərilərlə və işçilərlə iş zamanı, əməliyyatlar və maliyyə problemlərinin idarə edilməsində və yenidən qurulmasında prosesinin idarə edilməsində kömək etmək üçün mütəxəssis təlimatları təklif edir. Platforma həmçinin kiçik müəssisələrin praktiki bacarıqlar və məlumatlara güclü tələbat olduğu sahələrdə şirkətlərə korporativ hüquq, əmək hüququ və müflisləşmə hüququ ilə bağlı hüquqi məsləhətlər verir.

Veb-sayt altı moduldan ibarətdir:

  1. Biznes strategiyasının hazırlanması
  2. İnsanların müvəffəqiyyətlə idarə edilməsi
  3. Biznesin müvəffəqiyyətlə idarə edilməsi
  4. Biznesin onlayn formata keçirilməsi
  5. Müəssisənin maliyyə vəziyyətinin sağlam saxlanılması
  6. Müəssisənin maliyyə strategiyasının yenidən qurulması.

Şablonlar və nümunə araşdırmalar təlimatları dəstəkləyir və istifadəçilərə gündəlik işlərində konsepsiyaları tətbiq etməyə kömək edir. 

Veb-saytın Gürcüstan, Moldova və Ukrayna üçün yerli dillərdə tövsiyələr verən üç ayrı səhifəsi də var. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

AYİB-in KOB-lar üçün onlayn resursu

GürcüstanMoldova və Ukrayna üçün xüsusi internet səhifələri 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,