Yeni Avropa Bauhaus Mükafatları: Aİ ölkələrindən olmayan şəxslər də müraciət edə bilərlər

Yeni Avropa Bauhaus Mükafatları: Aİ ölkələrindən olmayan şəxslər də müraciət edə bilərlər


Avropa Komissiyası Yeni Avropa Bauhaus Mükafatı (New European Bauhaus Prizes) almaq üçün fərdi şəxsləri və təşkilatları ərizə ilə müraciət etməyə dəvət edir.

Mükafatlar mövcud gözəl, davamlı və inklüziv nailiyyətlərə təqdim olunur və yeni konsepsiya və ideyaları daha da inkişaf etdirməkdə gənc nəsli dəstəkləyir.

Mükafatlar həm mövcud tamamlanmış layihələrə (Yeni Avropa Bauhaus Mükafatı), həm də 30 yaşa qədər gənc istedadların ideyalarına (Yeni Avropa Bauhaus Yüksələn Ulduzlar Mükafatı) veriləcək. Onlar dörd fərqli kateqoriyada mükafatlandırılacaqlar: təbiətlə yenidən əlaqənin qurulması, aidiyyət hissinin bərpası, buna ən çox ehtiyacı olan yerlərin və insanların prioritetləşdirilməsi və dairəvi sənaye ekosisteminin qurulması və həyat dövrü düşüncəsinin dəstəklənməsi.

Qeyri-Aİ ölkələrinin vətəndaşları layihə və ideyaları Aİ-də işlənib hazırlandığı və ya həyata keçirildiyi təqdirdə müraciət etmək hüququna malikdirlər.

Yeni Avropa Bauhaus Mükafatının qalibinə 30 000 avro, Yeni Avropa Bauhaus Yüksələn Ulduzları Mükafatının qalibinə isə 15 000 avro təqdim olunacaq. 

Müraciət üçün son tarix fevralın 28-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Fevral 28, 2022



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,