Xaricdə təhsil almaq istəyənlər üçün Erasmus+ haqqında onlayn seminar keçiriləcək

Xaricdə təhsil almaq istəyənlər üçün Erasmus+ haqqında onlayn seminar keçiriləcək


Avropa Komissiyası xaricdə təhsil imkanları ilə maraqlanan şəxsləri Erasmus+ proqramı və onun ali təhsilə dəstəyi haqqında keçiriləcək seminara qoşulmağa dəvət edir. Seminar  23, 24 və 25 noyabr tarixlərində onlayn formatda keçiriləcək.

Erasmus+ Avropa İttifaqının təhsil, təlim, gənclər və idman üzrə layihə və mübadilələrə dəstək verən proqramıdır. Onun xüsusilə ali təhsil sahəsində olduqca geniş beynəlxalq əhatə dairəsi var.

Məlumat sessiyalarında Erasmus+ proqramının dünyanın istənilən yerində yaşayan və ali təhsil almaqda maraqlı olan şəxslər üçün əlçatan olan mübadilə və əməkdaşlıq üzrə imkanları haqqında ətraflı məlumat veriləcək. İştirakçılar sual vermək və digər iştirakçılar ilə əlaqə qurmaq imkanına malik olacaqlar.

Tədbir bütün dünyanı əhatə etdiyi üçün saat 9:00 – 13:00 və saat 14:00 – 18:00 arası olmaqla gündə iki dəfə keçiriləcək.

Daha çox öyrən

Elan

Qeydiyyat

BAĞLANIŞ TARİXİ:

Noyabr 23, 2021

İMKANIN NÖVÜ




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,