Belarusda vətəndaş cəmiyyətinin maraqları naminə icmalar və təşkilatlar üçün proqramlar həyata keçirən qeyri-kommersiya təşkilatı olan Avropa Təcrübə və Kommunikasiyalar Ofisi (OEEC) Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) olan vətəndaş cəmiyyəti təşkilatlarının (VCT-lər) nümayəndələrini “Hər kəsi əhatə edən dəyərlərin iş yerində tətbiqi” mövzusunda onlayn kursda iştirak etməyə dəvət edir.
Bu kurs 2023-cü il noyabrın 15-dən dekabrın 20-dək davam edəcək və beş video və dörd onlayn seminardan ibarətdir:
Vəzifəsindən və ya təcrübəsindən asılı olmayaraq VCT-lərdə çalışan və ya könüllü olan və/və ya öz təşəbbüslərinə rəhbərlik edən şəxslərin bu kursda iştirakı arzuolunandır. Eyni təşkilatdan və ya təşəbbüsdən iki nəfərə qədər iştirakçı müraciət edə bilər.
Qeydiyyat üçün son tarix 13 noyabrdır.
Avropa Təcrübə və Kommunikasiyalar Ofisi (OEEC) Aİ tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramını həyata keçirən konsorsiumun üzvüdür və altı Şərq Tərəfdaşlığı ölkəsi ilə birlikdə vətəndaş cəmiyyəti təşkilatlarının və altı ölkənin fəallarının rolunu və potensialını gücləndirmək məqsədi daşıyır.
Sözügedən kurs “Yeni Demokratiya Fondunun” (NDF) layihəsi çərçivəsində Danimarka Mədəniyyət İnstitutunun (DCI) dəstəyi ilə OEEC tərəfindən təşkil olunur.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,