Maqdeburqdakı Avropa Gənclər üçün Təhsil Mərkəzi 2022-ci ilin yazında bir sıra Avropa və Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna) könüllülərdən ibarət işçi heyətinə qoşulacaq 15 könüllü axtarır.
Könüllülər 18-30 yaşlarında olmalı, Ukrayna və ya Rus dilində danışmalı və Ukraynadan olan qaçqınlarla iki ay ərzində işləmək və onlara dəstək verməkdə maraqlı olmalıdırlar. Könüllülərin əsas işi Maqdeburqda yerləşən sözügedən mərkəzdə sığınacaq veriləcək qaçqınların gündəlik həyat şəraitinin təşkil edilməsində mərkəzin əməkdaşlarına kömək etməkdən ibarət olacaq.
Onların yerləşdirilməsi, qidalanması və səyahət xərcləri qarşılanacaq.
Sözügedən könüllülük fəaliyyəti Avropa Həmrəylik Korpusu çərçivəsində təşkil olunur. Avropa Həmrəylik Korpusu Aİ və onun hüdudlarından kənarda məhdud imkanlı insanlara kömək, səhiyyə və ətraf mühit üzrə fəaliyyətlərə töhfə kimi bir sıra müxtəlif sahələrdə həmrəylik fəaliyyətlərinə qoşulmaq istəyən gənclər üçün nəzərdə tutulmuş Aİ proqramıdır.
Daha ətraflı məlumat və müraciət forması
Son tarix: 18.03.2022
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,