Aİ tərəfindən maliyyələşdirilən “Youth4Regions” proqramı Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan 18-30 yaş arası jurnalistika təhsili olan və yeni fəaliyyətə başlamış jurnalistlər üçün nəzərdə tutulub. Proqramda iştirak etmək istəyən şəxslər iyul ayının 11-nə qədər ərizə ilə müraciət etməlidirlər.
Adı çəkilən proqram 8-14 oktyabr 2022-ci il tarixlərində həyata keçiriləcək. İştirakçıların yerləşdirilməsi, qidalanma və səyahəti ilə bağlı xərclər Avropa Komissiyası tərəfindən qarşılanır.
Proqrama jurnalistika və Aİ-nin regional siyasətinə dair təlim və seminarlar, eləcə də Aİ təsisatlarına səfərlər daxildir. İştirakçılar həmçinin Avropa Komissiyasının mətbuat nümayəndələri üçün Aİ-yə üzv ölkələrə təşkil etdiyi səfərlərdə iştirak etmək imkanı qazanacaqlar.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,