Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) British Council ilə birlikdə 2022-ci il üzrə AYİB Ədəbiyyat Mükafatını elan edir.
Mükafat AYİB-in fəaliyyət göstərdiyi ölkələrin, o cümlədən altı Şərq Tərəfdaşlığı ölkəsinin hər hansı birinin dilində yazılmış və ingilis dilinə tərcümə edilmiş ən yaxşı bədii əsər (bir müəllifə məxsus hekayələr toplusu daxil olmaqla) üçün həm yazıçıya, həm də tərcüməçiyə təqdim olunacaq.
Kitab ilk dəfə 2020-ci il 15 noyabr və 2021-ci il 14 noyabr tarixləri arasında hər hansı Avropa (İngiltərə daxil olmaqla) nəşriyyatı tərəfindən nəşr edilməlidir.
20 000 avro dəyərində ilk mükafat müəlliflə tərcüməçi arasında bərabər bölüşdürüləcək. İkinci yeri tutan iki kitabın müəllifi ilə tərcüməçisi də hər biri 4000 avro dəyərində mükafat alacaq.
Əsərlərin son qəbulu tarixi 30 noyabr 2021-ci ildir.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,