Şərq Tərəfdaşlığı Gənclər Konfransı – iştirak etmək üçün müraciət edin

Şərq Tərəfdaşlığı Gənclər Konfransı – iştirak etmək üçün müraciət edin


2022-ci ilin 11 və 12 iyul tarixlərində Praqada 4-cü Şərq Tərəfdaşlığı Gənclər Konfransı keçiriləcək. Bu il konfrans gənclərin demokratiyanın canlandırılmasındakı roluna həsr olunub.

Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) olan gənclər konfransda iştirak etmək üçün ərizə ilə müraciət edə bilərlər.

Yüzə yaxın konfrans iştirakçısı gənclərin demokratik proseslərdə inklüziv və faydalı iştirakını təkmilləşdirmək, onların qərarların qəbulunda fəal iştirakını təşviq etmək və hökumətlərin demokratiya və insan hüquqları ilə bağlı standartlara riayət etməsini təmin etmək üçün yeni metodlar, strategiyalar və alətlərlə tanış olmaq imkanı qazanacaq. Konfransda həmçinin sülhsevər və dayanıqlı icmaların qurulması məsələsi diqqət mərkəzində olacaq.

Seçilmiş iştirakçıların səyahət, yemək və yaşayış xərcləri tam qarşılanacaq.

Müraciət üçün son tarix mayın 29-dur.

Konfrans Aİ-nin maliyyə dəstəyi ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu tərəfindən təşkil olunur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

İMKANIN NÖVÜ




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,