Polşada yerləşən fiziki məhdud şəxslər üçün mərkəz könüllü axtarır

Polşada yerləşən fiziki məhdud şəxslər üçün mərkəz könüllü axtarır


Polşanın Vrotslav şəhərində fiziki məhdud şəxslərlə çalışan “OSTOJA” Assosiasiyası Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan könüllüləri uzunmüddətli könüllülük fəaliyyətində iştirak etməyə dəvət edir.

Könüllü olacaq şəxslər sözügedən assosiasiyanın işçi heyətinə gündəlik işlərdə kömək etməli və seminarlar kimi müxtəlif fəaliyyətlər (öz doğma dilinin, mədəniyyət və musiqisinin tədrisi) hazırlamalıdırlar.

Öz növbəsində assosiasiya könüllülərə vizanın alınmasında kömək edəcək, səyahət və yerləşmə, eləcə də ictimai nəqliyyat, cib pulu və sığorta xərclərini qarşılayacaq. 

Könüllülük fəaliyyəti 43 həftə olmaqla fevralın 1-dən noyabrın 30-na qədər davam edəcək.

Müraciət üçün son tarix yanvarın 31-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Yanvar 31, 2022



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,