Lorenzo Natali Media Mükafatı üçün 30 iyuna qədər müraciətlər qəbul olunacaq 
May 31, 2024

Lorenzo Natali Media Mükafatı üçün 30 iyuna qədər müraciətlər qəbul olunacaq 


Avropa İttifaqının (Aİ) jurnalistlərə təqdim etdiyi əsas mükafatlardan biri olan Lorenzo Natali Media Mükafatı üçün müraciətlərin qəbuluna başlanıb. Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada çalışan media qurumları və jurnalistlər də iştirak edə bilər.

Bu mükafat dünyanın istənilən yerində ən aktual qlobal problemləri işıqlandıran jurnalistlərə təqdim olunur.

Avropa Komissiyası qeyri-bərabərlik, yoxsulluğun azaldılması, dayanıqlı inkişaf, ətraf mühit, biomüxtəliflik, iqlim dəyişikliyi, rəqəmsallaşma, iş və məşğulluq, təhsil və bacarıqların inkişafı, miqrasiya, səhiyyə, sülh, demokratiya və insan hüquqları mövzularında məqalə yazan və reportaj hazırlayan jurnalistləri onlayn qaydada müraciət etməyə çağırır.

Jurnalistlər məqalə, audio-vizual və ya multimedia işlərini aşağıdakı kateqoriyalardan biri üzrə təqdim edə bilərlər:

  • Gənc jurnalistlər nominasiyası: 18-25 yaş arası gənc jurnalistlərin təqdim etdiyi məqalələr.
  • Araşdırmaçı jurnalistlər nominasiyası: cinayətlər, korrupsiya və ya korporativ qanun pozuntuları kimi ciddi məsələləri əhatə edən məqalə və reportajlar və bu halların ictimiayyətə ifşa olunması. 
  • Bədii jurnalistika nominasiyası: auditoriyanı əyləndirmək, maarifləndirmək, cəlb etmək və ya məlumatlandırmaq üçün nəzərdə tutulmuş məqalə və reportajlar.
  • Xüsusi mükafat: 2024-cü ildə kriteriyalara uyğun ölkələrdən birində media orqanları tərəfindən nəşr olunan fotojurnalist işləri üçün veriləcək.

Müsabiqəyə İngilis, Fransız, İspan, Alman və Portuqal dillərinə tərcümə ilə müşayiət olunmaq şərtilə istənilən dildə dərc olunan məqalə və reportajlar təqdim oluna bilər.  

Hər bir kateqoriya üzrə qalibi 10 000 avro dəyərində mükafat gözləyir və Gənc jurnalistlər nominasiyasının qalibinə media tərəfdaşlarından birində təcrübə keçmək imkanı veriləcək. 

Qaliblər 2024-cü ilin sonunda Brüsseldə keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək. 

Müraciət üçün son tarix iyunun 30-dur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Lorenzo Natali Media Mükafatı 2024

BAĞLANIŞ TARİXİ:

İyun 30, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,