İnsan hüquqları gününə həsr olunmuş video rolik müsabiqəsi təşkil olunur

İnsan hüquqları gününə həsr olunmuş video rolik müsabiqəsi təşkil olunur


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 10 dekabr İnsan hüquqları günü münasibətilə video rolik müsabiqəsi təşkil edir. Müsabiqənin məqsədi insan hüquqları haqqında məlumatlılığı artırmaqdır. 

14-18 yaşlı gənclər istər fərdi şəkildə, istərsə də qrup şəklində insan hüquqlarına həsr olunmuş (ortalama 2-4 dəqiqə uzunluğunda) video rolik hazırlayaraq müsabiqəyə təqdim edə bilərlər.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi birinci yerin qalibini GoPro video kamerası ilə, ikinci və üçüncü yerin sahiblərini isə müvafiq olaraq iPad və eBook oxuyucusu ilə mükafatlandıracaq. Qaliblərin adları həmçinin Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin onlayn platformalarında işıqlandırılacaq. 

Video roliklər (Azərbaycan və İngilis dilində) noyabrın 25-nə qədər ərizə forması ilə birgə müsabiqəyə təqdim olunmalıdır.

Daha çox öyrən

Elan

BAĞLANIŞ TARİXİ:

Noyabr 25, 2021



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,