Gənclər üzrə Fəaliyyət Planı: gənclərin fəallığının artırılmasında Aİ-nin beynəlxalq roluna dair konfransda iştirak edin
Yanvar 12, 2023

Gənclər üzrə Fəaliyyət Planı: gənclərin fəallığının artırılmasında Aİ-nin beynəlxalq roluna dair konfransda iştirak edin


Yanvarın 18-də Avropa İttifaqının xarici fəaliyyətində gənclərin iştirakının və səlahiyyətlərinin artırılmasının təşviqinə yönəlmiş Gənclər üzrə Fəaliyyət Planı kimi yeni siyasətlərə həsr olunan hibrid formatda konfrans təşkil olunacaq.

Avropa İttifaqının Xarici Fəaliyyətində Gənclər üzrə Fəaliyyət Planı (2022-2027) gənclərin strateji tərəfdaş kimi cəlb edilməsinə kömək etmək, dayanıqlı inkişafı, bərabərlik və sülhü təşviq etmək üçün onların səlahiyyətlərinin artırılmasını və iştirakını dəstəkləmək üçün keçən ilin oktyabr ayında Avropa Komissiyası tərəfindən qəbul edilib.

Konfransda Avropa İttifaqının Xarici Fəaliyyətində Gənclər üzrə Fəaliyyət Planı (məqsədi, prinsipləri və gənclərin iştirakçılığı) və gənclərin iştirakçılığına dair bəzi konkret təşəbbüslər, o cümlədən Aİ-nin Beynəlxalq Tərəfdaşlıqları üçün Gənclərin Səsinin Çatdırılması Şurası və Aİ Nümayəndəliklərində Gənclərin məsləhət orqanlarının təqdim olunması gözlənilir.

Yanvarın 18-i qeydiyyat üçün son tarixdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Qeydiyyat

BAĞLANIŞ TARİXİ:

Yanvar 18, 2023

İMKANIN NÖVÜ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,