EU4Youth proqramı bu layihə təklifləri qəbulunu Ukraynadakı müharibə səbəbindən dayandırıb. Daha ətraflı.
Aİ tərəfindən maliyyələşdirilən EU4Youth proqramı gənclərin rəqəmsal bacarıqlarının və yaşıl enerjiyə keçid üzrə bacarıqlarının inkişafına və məhdud imkanlı gəncləri diqqət mərkəzində saxlamaqla gənclərin sahibkarlıq və karyeranın idarə edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş tədbirlər üzrə qrant müsabiqəsi keçirir.
Qrant almaq üçün ərizələr iki istiqamət üzrə təqdim oluna bilər:
Layihələr minimum üç və maksimum altı təşkilatdan ibarət qrup tərəfindən təqdim edilməlidir: bir aparıcı ərizəçi + minimum iki Şərq Tərəfdaşlığı ölkəsindən minimum iki həmərizəçi (məs, Gürcüstandan olan aparıcı ərizəçi + Ermənistandan olan həmərizəçi + Aİ-dən olan həmərizəçi və ya Ukraynadan aparıcı ərizəçi + Azərbaycandan həmərizəçi + Ukraynadan həmərizəçi).
Təklif olunan istənilən tədbir 18-30 ay ərzində azı üç Şərq Tərəfdaşlığı ölkəsində həyata keçirilməlidir.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,