EU4Environment: Azərbaycanda fəaliyyət göstərən müəssisələr Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal proqramına qoşulmağa dəvət olunur
Noyabr 11, 2022

EU4Environment: Azərbaycanda fəaliyyət göstərən müəssisələr Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal proqramına qoşulmağa dəvət olunur


Aİ tərəfindən maliyyələşdirilən EU4Environment təşəbbüsü Azərbaycanda fəaliyyət göstərən kiçik və orta istehsal müəssisələrini Bakı və Gəncədə Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal klublarına (RECP) qoşulmağa və ya RECP nümayiş şirkətləri qismində çıxış etməyə dəvət edir.

RECP klublarının məqsədi müəssisələri, xüsusilə də kiçik və orta müəssisələri (KOB) dəstəkləmək üçün pilot dəstək proqramı hazırlamaq və sınaqdan keçirməkdir.

Bakıdakı RECP Klubu UNEC-in nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi, Gəncədəki RECP Klubu isə Gəncə Dövlət Universitetinin Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Seçilmiş RECP nümayiş şirkətlərinin komandaları RECP ekspertləri tərəfindən zavoddaxili RECP qiymətləndirmələri və texniki səfərlərlə təmin olunacaqlar. 

2022-2023-cü illər arasında istehsal sahəsində çalışan azı 15 yerli KOB enerji, xammal və materiallardan istifadə, sudan istifadənin səmərəliliyi və tullantıların idarə edilməsi sahələrində öz istehsalının səmərəliliyini artıra biləcək və bununla da RECP metodologiyasının tətbiqini genişləndirəcək.

Müraciət üçün son tarix 18 noyabrdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Noyabr 18, 2022

İMKANIN NÖVÜ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,